Evdə hazırlaya biləcəyiniz və sizi gözəlləşdirəcək maskalar
Bizi izləyin

Qadın

Evdə hazırlaya biləcəyiniz və sizi gözəlləşdirəcək maskalar

Hər qadının ən böyük arzusu gözəl və sağlam üz dərisinə sahib olmaqdır. Gözəlləşmək üçün sadəcə soyuducuya baxmağınız bəs edər.

Publika.az xarici KİV-ə istinadən sizi gözəlləşdirəcək və evdə rahat hazırlayacağınız maskalar təqdim edir:

Yarım yumşaq avokadoya 1-2 qaşıq qatıq qatıb üzünüzə çəkin. 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maska sizi həm də səpkilərdən xilas edəcək.

2 xörək qaşığı süzmə qatığa 1 xörək qaşığı zeytun yağı töküb qarışdırın. Üzünüzə sürtüb, bir az saxladıqdan sonra yuyun. Bu maksa dəridəki ölü hüceyrələri təmizləyəcək, üzünüzü daha d canlandıracaq.

Kofe xıltıqlarına zeytunyağı, qatıq və limon şirəsi əlavə edib üzünüzə çəkin. Dərinizi daha da cavanlaşdıracaq.

8-10 ədəd çiyələyi əzin. İçərisinə qatıq, limon şirəsi töküb üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun. Dərinizə parlaqlıq verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm