Cazibədar ayaqları ilə gecənin ən sevimli qadını oldu - FOTOLAR
Bizi izləyin

Qadın

Cazibədar ayaqları ilə gecənin ən sevimli qadını oldu - FOTOLAR

Kann kinofestivalı öz axarı, dünya ulduzları isə möhtəşəm stilləri ilə bizi təəccübləndirməyə davam edir. Dünən “Axtarış” filminin premyerası baş tutub. Filmdə baş rolu Berenis Bejo oynayıb.

Filmi izləməyə gələnlər arasında Şeron Stoun, Rozi Xantinqton-Uaytli, Kara Delvin, İrina Şeyk və başqaları olub.

İrina Şeyk tamaşaçılar qarşısına zeytun yaşılı uzun və uzaqdan hind xanımlarının geyindiyi sariyə bənzəyən, orijinal örtüyü ilə çıxmışdı. Belə demək olar ki, bütün baxışlar bu gecədə məhz İrina Şeykin üzərində idi.

Model cazibədar və uzun ayaqları ilə gecənin ən sevimli xanımı oldu. İrina Şeykin paltarı “Versace” moda evindən idi. Şeron Stoun və Kara Delvin isə qısa pulcuqlu paltara üstünlük vermişdilər.

Publika.az xarici mətbuata istinadən ulduzların fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm