Yaraşıqlı kişiləri yoldan çıxaran rus gözəlləri - FOTOLAR
Bizi izləyin

Qadın

Yaraşıqlı kişiləri yoldan çıxaran rus gözəlləri - FOTOLAR

Rus qızlarının gözəlliyindən ağız dolusu danışmağa ehtiyac yoxdur. Dünyanın bütün kişiləri onların gözəlliyi qarşısında əriyib yox olur. Onlar kişiləri təkcə gözəlliyi ilə heyrətə gətirmir, eyni zamanda rus dilini öyrədir, borş və başqa milli yeməkləri sevdirirlər. Buraya hətta tanınmış kişilər də daxildir. Rus qızlarının cazibədarlığını nəzərə alsaq, onları başa düşmək olar. Cütlüklərin bəziləri sevgi imtahanından kəsilib və yeni macəralar axtarışındadır, bəziləri isə hələ də birlikdədir. Görəsən, hansı dünya şöhrətli, əcnəbi kişiləri rus gözəllərinin cazibəsinə tab gətirə bilməyib? Publika.Az Rusiya mətbuatına istinadən rus qızları ilə görüşən kişilərin siyahısını təqdim edir:

İrina Şeyk və Kriştianu Ronaldo

Yayılan söz-söhbətlərə görə, onların sevgisi saxtadır və yalnız reytinqlərini qaldırmaq üçün bir piar vasitəsidir. Mətbuat onları dəfələrlə “ayırmağa” çalışıb. Paparazzilər yaraşıqlı futbolçunu gah gözəl qızlarla, gah da yaxtada öz dostları ilə birlikdə çəkib oriyentasiyası haqqında şayiələr yayırlar. Bütün bunlara baxmayaraq, cütlük hələ də birlikdədir və sevgilərinin möhkəm olduğunu hər fürsətdə sübut edirlər. Portuqal futbolçu tanış olmaq üçün modeli 2 ay mesaj və zənglə bezdirib. Cütlük “Armani”-nin reklam çəkilişləri zamanı tanış olub. Artıq 3 ildir ki, birlikdədirlər. Bu müddət ərzində futbolçunun başqa qadından uşağı olduğu aşkara çıxıb. Model isə bunu anlayışla qarşılayır, uşağı tərbiyə etməyə hazır olduğunu söyləyir. Futbolçu sevgilisinin sadiqliyini qiymətləndirir. İrina Şeyk futbolçunu milli mətbəxlə də tanış edib, onu tez-tez rus yeməklərinin hazırlandığı restorana aparır.

Edrian Broudi və Larisa Tyaka

Slavyan gözəlinin qəlbini Oskar mükafatının sahibi Hollivud aktyoru Edrian Broudi qazanıb. Ulduz 67-ci Kann festivalına rus sevgilisi ilə birlikdə gəlmişdi. Model Moskvada doğulub, lakin çoxdandır ki, Mərakeşdə yaşayır. 41 yaşlı aktyor rus modeli ilə artıq 2 ilə yaxındır görüşür. Dediyinə görə, hissləri ciddidir. Model çox vaxt parıltılı və dekolteli geyimləri ilə hər kəsi valeh edir. Aktyor sevgilisinin yanında özünü xoşbəxt nişanlı kimi aparır. Larisaya dəlicəsinə vurulduğu fotolardan da aydın görünür.

Mikki Rurk və Anastasiya Makarenko

Aktyor iki dəfə evli olub və bu evliliklər ona baha başa gəlib. Belə ki, həyat yoldaşlarının heç biri ondan xoşluqla ayrılmaq istəməyərək, evli olduqları müddətdə ərciyəzlərinin “qanını içiblər”. Mikkinin yenidən evlənmək istəməməsinin səbəbini başa düşmək olar. Lakin Anastasiya Makarenko aktyorun qəlbini oğurlaya bilir. Onlar artıq 5 ildir ki, birlikdədir. Aktyorun Nastya ilə münasibəti onu tamamilə dəyişib. Məsələn, o pis vərdişlərdən uzaqlaşıb. Rus gözəlini həyatının möcüzəsi və hədiyyəsi olduğunu söyləyir. Hətta sevdiyi qadını 20 Oskara dəyişməyəcəyini də etiraf edib.

Natalya Vodyanova və Antuan Arno

Bu yaxınlardan model 4-cü övladını dünyaya gətirdi. Fransız biznesmen və supermodel oğullarının adını Maksim qoyublar. Körpənin atası doğuş zamanı çox həyəcanlı olduğunu demişdi. 2007-ci ildə “Louis Vuitton” moda evinin reklam çəkilişləri zamanı tanış olan cütlük 2011-ci ildən birlikdədir. Antuan Arno Fransanın ən varlı kişilərindən birinin oğludur. Antuan Arno 21, 5 milyard dollarlıq sərvətin sahibidir.

Enrike İqlesias və Anna Kurnikova

Onlar artıq 13 ildir ki, birlikdədir. Bu illər ərzində mətbuat onları dəfələrlə ayırıb və barışdırıb. Lakin ispan müğənnisi sevgilisinə evlilik təklifi etməyə hələ də tələsmir. Cütlüyün planlarına bu yaxınlarda evlilik məsələsi daxil deyil. Müğənni evliliyin qəti əleyhinədir. Evliliyin hisslərə heç cür təsir etməyəcəyini iddia edir. Evlilik əleyhinə olsa da, Annanı dünyanın ən gözəl qadını hesab edir.

Fernando Alonso və Darya Kapustina

Fernando Alonso 5 illik həyat yoldaşından boşandıqdan sonra gözünü rus model Kseniiya Çumiçevaya dikir. Lakin onların münasibətləri çox davam etmir. Ayrıldıqdan sonra “Formula 1” yarışmasının iştirakçısı yenə də rus modeli ilə görüşür. Cütlük artıq 2 ildir ki, birlikdədir. Model 32 yaşlı sevgilisinə rus dilini öyrədir.

Cim Kerri və Anastasiya Vatkina

“Maska” filminin ulduzu və rus tələbənin sevgi romanı 2 ilə yaxın davam etdi. 52 yaşlı aktyorun 23 yaşlı tələbə ilə münasibətləri olduqca ciddi idi. Hətta ona 100 minlik üzük hədiyyə edərək evlilik təklif etmişdi. Lakin onların sevgisi zamanın sınağından çıxmır, ayrılırlar.

Benedikt Kambertç və Katya Elizarova

Katya Elizarovanın adı moda dünyasında 14 yaşından tanınır. “Şerlok Holms” serialının ulduzu, 37 yaşlı aktyor Kambertç 27 yaşlı modellə toy mərasimində tanış olub. Ben bir çox ingilislər kimi sevgilisini viskidən daha çox sevir. O qədəh qaldıran zaman “sağlığa” (на здоровье) sözünü rusca deməyi xoşlayır.

Adam Levin və Anna Vyaliçina

Supermodel Anna “Maroon 5” qrupunun üzvi Adam Levinə ərə getməyə hazırlaşırdı. Qrupun iki klipində çəkilib. Lakin onların toyu baş tutmur və Adam indi öz həmkarı ilə evlənməyə hazırlaşır. Ananın çiyinlərində Leonardo Di Kaprio ilə qısa lakin parlaq romanı yazılıb.

Mel Gibson və Oksana Qriqoryeva

Yaraşıqlı Hollivud aktyoru ilə pianoçunun hekayəsi “Zoluşka” nağılını xatırladır. Oksana qız övladını dünyaya gətirir və elə görünürdü ki, onlar uzun və xoşbəxt yaşayacaqlar. Lakin 2010-cu ildə Mel həyat yoldaşını döyür və qabaq dişlərini zədələyir. Həyat yoldaşını ölümlə təhdid edən səs yazısı çıxandan sonra Mel məhkəmə qarşısında cavab verməli oldu. Buna baxmayaraq, Gibson inadla öz sözünün üstündə dayanırdı. Guya, əksinə o, Oksananın hədələrinin qurbanı olub. Məticədə o, ədalət məhkəməsinin qarşısında cavab verir, həbsxanaya düşməmək üçün çoxlu pullar ödəməli olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm