Qadın
Hansı yay meyvələri dərini gözəlləşdirir?
Yayda dəriyə qulluq etmək üçün çoxlu pul xərcləyir və tərkibini bilmədiyimiz kremlər alırıq. Nəticə isə heç də həmişə istədiyimiz kimi alınmır. Amma yay meyvələri ilə dəriyə arzuladığımız təbii gözəlliyi bəxş edə bilərik. Publika.az-ın qadın bölməsi Türkiyə mətbuatına əsasən yay meyvələrinin maskalarını verir.
Armud maskası: Bir armudu soyub şüşə qabın içində çəngəllə yaxşıca əzin. Qalın bir təbəqə halında üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun. Armud maskası dərini qidalandırır, sərinləşdirmək üçün də ideal maskadır.
Moruq maskası: Moruğun tərkibində bol miqdarda A vitamini var. A vitamini dəriyə yumşaqlıq bəxş edir və qüsursuz hamarlıq qazandırır. Bir ovuc moruğu şüşə qabın içində pürə halına gətirin. Dərini təmizlədikdən sonra əzilmiş moruğu üzə çəkin. 10 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun.
Avokado maskası: (qırışlar üçün) - Bir ədəd avokadonun qabıqlarını soyub çəngəllə əzin. İçinə yarım çay qaşığı bal, bir çay qaşığı alma sirkəsi və bir ədəd yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. Qarışdıran zaman içinə 3 yemək qaşığı zeytun yağını yavaş-yavaş əlavə edin. Əldə edilən maskanı üzünüzə, boynunuza və dekolte bölgəsinə çəkib yarım saat gözləyin. Sonra bu bölgələri ilıq su ilə yaxalayın. Qırışlar xüsusən quru dərilə üçün təsirli vasitədir. Həmçinin avokadonu dilim halında da üzə kompres kimi qoymaq olar. Qırışların azalmasına kömək edir.
Çiyələk maskası: Bir ovuc dolu çiyələyi şüşə qabın içində pürə halına gələnə qədər əzin və üzünüzə çəkin. (Quru dərinzi varsa, pürənin içinə bir neçə damcı zeytun yağı və ya badam yağı əlavə edin) 10 dəqiqə gözlədikdən sonra üzü ilıq su ilə yaxalayın. Bu maska dəri üçün son dərəcə faydalıdır. Lakin allergiyası olanlara məsləhət görülmür.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var