Kasıb çinli qızını ABŞ-da milyarderə çevirən EŞQ OYUNLARI: yaşlı ər, kişilərlə YATAQ KEFİ və... - FOTO
Bizi izləyin

Qadın

Kasıb çinli qızını ABŞ-da milyarderə çevirən EŞQ OYUNLARI: yaşlı ər, kişilərlə YATAQ KEFİ və... - FOTO

Əslən çinli olan Vendi Denq yoxsulluqdan çıxmaq üçün kommunist ölkəsindən ABŞ-a köçməyə qərar verir, orada o, dünyanın ən uğurlu iş adamlarının ilham pərisi olur, başlıcası özünə Hollivudda başgicəlləndirici karyera qurur.

Çinli gözəl demək olar ki, həyatda istədiyi hər şeyi əldə edib: bir neçə milyard dollarlıq sərvət, istənilən qadının paxıllıq etdiyi nüfuzlu ərlər, çoxsaylı tanışlıqlar və s. Onun təbii və tipik Asiya gözəlliyi sərt xasiyyəti və çətin xarakterini yumşaldır. Yeri gəlmişkən iddialı və sərt xasiyyətinə görə çoxları onu çin əjdahası adlandırır. Varlı və yaşlı kişilərə qarşı həssaslığı onun şöhrət və etibarını zədələməyib. Əksinə yoxsulluq içində böyüyən Vendi uğurlu layihələrə, qlobal korporasiyalarda uğurlu investisiyalara və bir neçə yaxşı bədii filmə imza atıb. Bu gün o, dünyanın ən nüfuzlu kinoprodüser, investor və biznes-ledilərindən biri kimi tanınır. Bəs o, çətin xasiyyətinə baxmayaraq, bu qədər nailiyyəti necə qazanıb?

Vendinin ziddiyyətli təbiəti ən əlçatmaz zirvələr fəth etmək üçün əsas vasitəsi olub. Onun digər güclü silahı sözsüz ki, gözəlliyi idi. Aydın məsələdir ki, qadın gözəlliyi uğur qazanmağa zəmanət verən vacib şərtlərdən biridir. O da inkarolunmaz bu “təbiət qanununu” çox gözəl bilirdi.

Publika.az bu yazıda dünya şöhrtəli modelin əlaqələrinin və bacarıqlarının köməyilə kişilərin zəifliyindən sui-istifadə edərək milyardları necə qazanmasından danışacaq.

Vendi 1970-ci ildə kasıb ailədə anadan olub. Onun ailəsi iki yüz dollar aylıq gəlirlə Çinin Quançjou şəhərində yaşayırdı. Onda Manhettenin gələcək ulduzu ən adi məktəbdə oxuyurdu. Onun uşaqlığı Çinin 70-ci illərdə başlayan aclıq dövrünə təsadüf edib. Çin tələsmədən iqtisadi baxımdan yüksəlirdi, amma əhalinin həyat səviyyəsi heç də ürəkaçan vəziyyətdə deyildi. Məsələn, Vendi Denqin evlərində axşamlar nə işıq, nə də ki, isti su olurdu. Qız isə dəbdəbəli həyat, yüksək status haqqında xəyallara dalır və daim varlanmağın yollarını axtarırdı. Vendi də bir çoxları kimi qərara gəlir ki, onu yoxsulluqdan yalnız Amerika xilas edə bilər.

O, ştatlara vəsiqə “qazanmaq” üçün gecə-gündüz ingilis dili öyrənir, məktəb dostlarının əyləncə gecələrində iştirak etmirdi. Nəhayət ki, ingilis dilində danışmaq bacarığı ona öz bəhrəsini verir. Günlərin bir günü Vendinin yaşadığı şəhərə Kaliforniyadan məşhur biznesmen Coys Çerri və onun həyat yoldaşı Ceyk Çerri gəlir. Onların yanında tərcüməçi kimi işə düzəlməsi qızın bundan sonrakı taleyində dönüş nöqtəsi olur.

Biznesmen Çerri sayəsində 20 yaşlı Vendi cənubi Kaliforniyaya köçür. Daha sonra ABŞ-ın ən məşhur Yel Universitetinə qəbul olur. İddialı Vendi dərslərdə yüksək göstəricilərilə qrup yoldaşlarından seçilirdi. Bu barədə bir qədər sonra...

Quançjou mehmanxanalarında çinli qız və...

Əgər bir çox entuziastlar onu Amerikaya karyera qurmağa aparırdısa, digər tərəfdən Vendi bilirdi ki, zəngin olmağın ən asan və zəhmətsiz yolu varlı kişiyə ərə getməkdir. Odur ki, Vendi qərar verir ki, zəngin kişilərlə yaxşı əlaqələr qursun. Məlumdur ki, qız ABŞ-a xanım Çerrinin səyləri sayəsində köçmüşdü, hansı ki, Vendi bir il ərzində Quançjou mehmanxanalarında onun əri Coys Çerri ilə ingilis dilini “mükəmməlləşdirmişdi”. Bir müddət sonra cənab Çerri qızın ilk amerikalı əri olur, buna onlar arasındakı 30 il yaş fərqi də mane olmur. Beləliklə Vendi onun sayəsində Amerikaya “Yaşıl kart” alır.

Varlanmaq ehtirası ilə alışıb-yanan Vendi cənab Çerrini bir müddət daha varlı biznesmen Devid Vulfa dəyişir. Devid Vulf da öz növbəsində çinli gözəlçəni maddi baxımdan təmin edir, ali təhsilini davam etdirmək üçün onu bahalı kurslara göndərirdi. Lakin bu Vendiyə kifayət etmirdi. Odur ki, qız varlı ər axtarışlarını davam etdirirdi.

Özündən 40 yaş böyük iş adamını yoldan çıxartmaq üsulları

Yel Universiteti Vendiyə Honkonqda - “Star TV” də təcrübə keçmək üçün imkan yaradır. Sözügedən şirkəti bir qədər sonra “media kralı” kimi tanınan mediamaqnat Rupert Merdok alır. Yaşlı kişiləri özünə aşiq etməyi vərdiş edən çinli gözəl özündən 40 yaş qoca olan Rupert Merdoka da biganə qalmır. O, Star TV-ni ələ keçirmək üçün həyasızcasına şefin otağına daxil olur, ona müxtəlif məsləhətlər verir, boş vaxtlarında onunla sevişirdi. Milyarderi özünə tamamilə bağlayandan sonra Vendi birinci ərində olduğu kimi onun tərcüməçisi işləyir. Onların məhəbbət macərası o qədər sürətlə inkişaf edir ki, bir il sonra Rupert Vendiyə evlilik təklif edir, eləcə də Soxoda mənzil, dünyanın müxtəlif ölkələrində digər daşınmaz əmlak, bahalı yaxta və səhmlərinin çox hissəsini onun adına keçirir.

Amma gənc çinli gözəllə evlənmək 68 yaşlı mediamaqnat kralına baha başa gəlir. Artıq toydan bir neçə həftə sonra R.Merdok Vendin münasibətləri pisləşir. Amma maraqlıdır ki, Merdok bir dəfə də olsun onun haqqında şikayətlənməyib. Merdokun qızlarının dayəsi mətbuata verdiyi açıqlamada Vendinin ərinə tez-tez biznes məsələləri və uşaqların vərəsəlik hüququ, elə sadəcə hər boş şeyə görə qəzəbləndiyini deyib. Bununla belə Vendi lazımi məqamlarda ərini müdaifə etməyi də bacarırdı. Məsələn, Britaniya parlamentində təşkil olunan araşdırma zamanı zalda kimsə Merdokun ünvanına təhqiramiz ifadələr işlətmişdi, bu vaxt Vendi öz yerindən sıçrayaraq həmin adamı yumruqlamağa başlamışdı.

Ərinin ən yaxın dostu ilə sevişən tamahkar qadın

Çinli qız layihələrini xarizmatik milyarder dostlarının köməyi olmadan həyata keçirə bilmirdi. Çoxsaylı dedi-qodulara baxmayaraq, Vendini onların heç biri ilə ifşa edən olmamışdı. Odur ki, Rupert ağıllı arvadı ilə bundan sonra da fəxr edə bilərdi. Amma cütlük 14 ildən sonra yollarını ayırdı. Detektivlər Vendinin xəyanət görüntülərini Merdoka təqdim etmişdi. Məlum olur ki, onun xanımı ərinin yaxın dostu və Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyeri çoxdandır dəlicəsinə sevir. Əlbəttə ki, nə Vendi, nə də Bleyer sevgili olduqlarını etiraf etmir. Lakin Merdokun hərəkətləri göstərir ki, çinli gözəl ilə siyasətçi arasında dostluqdan üstün hisslər mövcud olub. Mənbələr iddia edir ki, Rupertlə Vendinin ayrılmasının səbəbi həyat yoldaşının adının siyasətçi ilə hallanması olub.

Merdok ilə boşandıqdan sonra Vendi özünü karyerasına həsr edir, biznes layihələrinə qoşulur, mətbuata isə onun haqqında varlı kişiləri yoldan çıxaran qadın kimi ifadələr işlədilməsini qadağa qoyur.

O, birinci növbədə Star TV-nin çin şöbəsini inkişaf etdirir, həmçinin “My Space” şəbəkəsini öz doğma ölkəsində buraxmağa köməklik göstərir. Daha sonra Denq özündə prodüser istedadı kəşf edir və iki kino istehsal edir.

İstənilən halda Merdok kimi insanla boşanmaq Vendiyə daha çox sərvət gətirir. O, böyük məbləğdə pul alır, hətta iki qızının bank hesabı dodaq uçurdur. Bleyer ilə münasibətlərindən sonra Vendinin adı digər nüfuzlu siyasətçilərlə də hallanıb. Buraya Rusiya prezidenti Vladimir Putin də daxildir. Bununla belə Vendi müsahibəsində etiraf edib ki, Rusiya lideri ilə ümumiyyətlə, tanış deyil. Putin də öz növbəsində bu absrud xəbərə heç bir reaksiya verməmişdi.

Prezident qızının rəfiqəsi

Bir dəfə Vendi jurnalistlərə etiraf edib ki, hamının diqqətini qazanmaq üçün ağıllı olmaq lazımdır. Həqiqətən də çinli gözəl lazımlı adamlarla tanış olmaq üçün ağlını işlədib. Onun Amerikaya gəlişi, universitetə qəbul olması, Star TV-də işə başlamsı, Merdokla ailə qurması bunu bir daha sübut edir. Sözsüz ki, media kralı ilə nikah ona bütün transatlantik elita ilə tanışlıq üçün ən yaxşı vasitə olmuşdu.

O da məlumdur ki, ərinin əlaqələri sayəsində Vendi İvanka Trampla rəfiqə olub. Yeri gəlmişkən qeyd edək ki, dini fikir ayrılığı zəminində gələcək əri ilə ayrılmağa qərar verən İvankanı Cared Kuşnerlə kupidonu qismində çıxış edən Denq barışdırıb. Bir müddət sonra İvanka və Cared evləndilər, Vendi isə Tramp ailəsinin sevimli dostuna çevrildi. İvanka rəfiqəsini hətta atasının inauqurasiya mərasiminə dəvət etmişdi.

Bundan başqa Vendi Denq rusiyalı milyarder Roman Abromoviçin həyat yoldaşı Daşa Jukova ilə yaxın dostdur.

“Yazıq çinli qız” ancaq öz maraqlarına uyğun insanlarla tanış olmağa davam edir, lakin kifayət qədər sərvətə sahib olduğunu nəzərə alsaq, onunla tanış olmaq üçün səy göstərənlərin daha çox olduğunu deyə bilərik. Zəngin və yaşlı kişilərin hesabına milyardlar qazanan Vendi indi cavan oğlanlara meyil salımağa başlayıb. Xarici mətbuatın yazdığına görə, o, hazırda 21 yaşlı model Bertold Zaxaran ilə görüşür. Oğlan Vendiyə maddi baxımdan heç nə vəd etməsə də, bu amil onu narahat etmir. Belə görünür ki, o, boşandıqdan sonra özünə hər şeyi rəva görür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm