Bir gecədə dünyanın ən varlı QADINI OLDU
Bizi izləyin

Qadın

Bir gecədə dünyanın ən varlı QADINI OLDU

“L'Oreal” kosmetika şirkətinin sahibi Lilian Bettankurun ölümündən sonra dünyanın ən varlı qadını titulu Elis Uoltona keçib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Walmart” mağazalar şəbəkəsinin sahibi Sem Uoltonun qızı Elis Uolton dünyanın ən zəngin qadını olub. “Forbes” jurnalının yazdığına görə, böyük imperiya varisinin sərvəti $ 33,8 milyard qiymətləndirilir. O, ən varlı adamların ümumi reytinqdə 17-ci yeri tutur.

Xatırladaq ki, “L'Oreal” şirkətinin şəriki və kosmetik qrupunun banisinin qızı 94 yaşlı Lilian Bettankur dünən vəfat edib. Fransız qadın 44,6 milyard sərvətin sahibi idi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm