Siyasətin ən yüksək zirvəsini FƏTH EDƏN, kişilərə meydan oxuyan QADINLAR - FOTO
Bizi izləyin

Qadın

Siyasətin ən yüksək zirvəsini FƏTH EDƏN, kişilərə meydan oxuyan QADINLAR - FOTO

Kim deyir ki, siyasət qadın işi deyil? Düzdür, hakimiyyət idarələrinin dəhlizlərində qadın dikdabanlarının taqqıltısı nadir hallarda eşidilir. Və zərif cinsin nümayəndələrinin çox az hissəsi hakimiyyət Olimpinin zirvələrinə yüksələ bilir.

Publika.az bu yazıda oxucuları həm şəxsi həyatda uğur qazanan, həm də siyasətdə uğur qazanaraq dövlət başçısı səviyyəsinə qədər yüksələn qadınlarla tanış edib.

Argentina prezidenti Kristina Fernandes de Kirşner

Vəzifədə olduğu illər: 2007-2015

Qəribədir, amma əri Nestor Kirşner öz postunu tərk etdikdən dərhal sonra bu gözəl yüksək vəzifəyə təyin olunub. Bununla da o, öz ölkəsində bütün xalq tərəfindən prezident seçilən ilk qadın kimi adını tarixə yazıdırıb. Yeri gəlmişkən qeyd edək ki, Kristina Kirşnera həm 2007-ci ildə prezident seçkilərində qalib gəlib, həm də 2011-ci ildə ikinci müddətə yenidən dövlət başçısı seçilib.

Kristina ixtisasca hüquqşünasdır, o, həm vəkillik, həm partiya fəaliyyəti ilə məşğul olub, eyni zamanda ailə barədə unutmayıb. Argetina prezidenti iki uşaq dünyaya gətirib. Bundan başqa, Kristina de Kirşner əsl ledidir və mütəmadi olaraq ən gözəl qadın siyasətçilərin reytinqinə daxil olur.

Liberiya prezidenti Elen Conson-Serlif

Vəzifədə olduğu illər: 2006 - 2006

Bu unikal qadın Afrika qitəsində prezident olan zərif cinsin birinci nümayəndəsidir. O, Harvardda MBA dərəcəsini aldıqdan sonra bir müddət Liberiyanın maliyyə naziri köməkçisi postunda işləyib. Bu vəzifədə olarkən onu 3 milyon dollardan çox pulu mənimsədiyinə görə haqsız yerə ittiham edirdilər. Ancaq bu fakt ona bir müddətdən sonra köməkçi postundan vəzifəyə keçməyə mane olmayıb...

O, ölkədəki rejimi sərt tənqid edirdi, buna görə də elə prezident seçildiyi il Liberiyadan qovulub. Amma boş oturmaq bu xanımın sərt xarakterinə uyğun deyildi. Odur ki, Elen tezliklə “Şəhər-bankı"nın Afrika bölməsinin vitse-prezidenti təyin edilir. Elen dörd oğul dünyaya gətirdikdən sonra yenidən vətənə qayıdıb. Elenin həyat yoldaşı o, prezident seçildiyi illərdə onun hakimiyyətindən narazı olan sələflərindən biri tərəfindən öldürülüb.

Almaniyanın kansleri Angela Merkel

Vəzifədə olduğu illər: 2005

Almaniya siyasətçisi və görkəmli dövlət xadimi Angela Merkel Xristian Demokrat İttifaqının lideri və Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsini tutan ilk qadındır.

Merkel soyadı ona onun birinci əri Ulrix Merkeldən qalıb. Onlar Moskvada tələbələrlə görüş zamanı tanış olub. Yeri gəlmişkən, Merkel rusca çox yaxşı danışır, məktəb illərində isə rus dili üzrə olimpiadalarda qalıb gəlib. Rus tarixi və mədəniyyətinə böyük marağı olan kanslerin masasının üstündə əslən alman olan rusiyalı imperatriçə II Yekaterinanın portreti də var. Merkel onu güclü qadın hesab edir. Diplomatik dairələrdə isə Merkeli “odda yanmaz, suda batmaz” adlandırırlar. Çünki o, istənilən vəziyyətdən çıxa bilir.

Angela fiziki kimya ixtisası üzrə doktorant təhsili alıb, amma Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olmağa qərar verib və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir.

İndi xanım kansler kimyaçı İoaxim Zauerlə evlidir, onu bəzən istehzayla “Merkel Qerri” adlandırırlar. Hər halda “Forbes” jurnalının versiyasına görə son 3 il ərzində ən nüfuzlu qadın-siyasətçi ilə evli olmaq istənilən kişi üçün böyük şərəfdir.

Finlandiya prezidenti Tarya Halonen

Vəzifədə olduğu illər: 2000-2012

Tarya Halonen də öz ölkəsində dövlət başçısı postunda olan birinci qadındır. T.Halonen o qədər məşhurdur ki, hətta onu ikinci müddətə yenidən prezident seçiblər. Bu isə hər kişi prezidentə müvəffəq olmur. Tarya inşaatçı ailəsində doğulub, məktəbi bitirdikdən sonra qərara gəlir ki, ali təhsil vacib deyil və özünə iş axtarmağa başlayır. Amma 22 yaşında universitetə daxil olur, 25 yaşında isə hüquqşünasın diplomunu alır.

Tarya ölkəsində seksual azlıqların hüquqları üçün aktiv mübarizə aparan və Allaha inanmayan feminist siyasətçi kimi məşhurdur. Eyni zamanda o, gözəl ana və həyat yoldaşıdır. Tarya həyat yoldaşı Pentti Arayarvi ilə 16 il ərzində rəsmi qeydiyyatsız birlikdə yaşayıb, lakin yüksək post tutduqdan sonra cütlük öz rəsmi nikaha girməyə məcbur olub.

Hindistan prezidenti Pratibxa Patil

Vəzifədə olduğu illər: 2007-2012

Hindistan parlamentli respublikadır və orada prezident çox böyük rol oynamır. Amma bu, o demək deyil ki, Hindistanda qadınaların bu postu tutması asandır. Pratibxa Patil hind qadınlarının sevimlisi olub. Məlumata görə, bu ölkədə cinsiyyətə görə diskriminasiya ciddi problem olaraq qalır. Hindistanda Pratibxa ölkənin 72-ci prezidenti postunu tutan ilk qadın kimi taxirə düşüb.

Kollecdə oxuduğu illərdə gözəllik kraliçası seçilən Pratibxa Patil 27 il siyasətlə məşğul olub və bu sahədə müvəffəqiyyət qazanıb. Prezidentliyə qədər o, ştatın qubernatoru vəzifəsində çalışıb. Pratibxa uğurlu ailə həyatı qurmağa da vaxt tapıb. Hind siyasətçisi ilə evli olan eks-prezident xanımın bu nikahdan bir qızı və bir oğlu dünyaya gəlib.

İrlandiya prezidenti Meri Makelis

Vəzifədə olduğu illər: 1997-2011

Meri Makelis beş barmağında 5 bacarığı olan xanımlardandır. O, məktəbi ən yüksək qiymətlərə bitirib, Belfastın Kral universitetinə daxil olaraq hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, 24 yaşında Dublinin nüfuzlu universitetində ən gənc professor adını qazanıb. Sonra Meri isə ilk addımları ataraq partiyaya qoşulub. Qadın hüquqlarını müdafiə edən Meri əsl katolik kimi aborta, hamiləliyin qarşısını alan vasitələrə, o cümlədən boşanmalara qarşı çıxış edirdi, həmçinin İrlandiyanın birləşməsinin aktiv tərəfdarı idi.

O, ölkə tarixində maksimal səslərin üstünlüyüylə qalib gələrək prezident seçilib. Xalqın sevgisini qazanan Meri həmçinin ikinci müddətə yenidən vəzifəyə təyin olunub. Bundan başqa, Makelis ölkəsinin xeyri üçün öz təşəbbüsüylə maaşını 10% aşağı salırdırıb. Meri evlidir və üç uşağı var.

Litva prezidenti Dalya Qribauyskayte

Vəzifədə olduğu illər: 2009-2014

Bu xanım yuxarıda adları çəkilənlər kimi karyerasında siyasi rekordu qırıb. Qribauskayte 68.18% səslə seçkilərdə qələbə qazanaraq yalnız Litvanın ilk qadın prezidenti deyil, prezident seçkilərində ən böyük fərqlə səs qazanan ilk qadın olub. 2014-cü ildə o, ikinci dönəm prezident seçilib.

Dalya ixtisas üzrə iqtisadçıdır, Leninqradda oxuyub və bir neçə il “Рот-Фронт” xəz fabrikində işləyib. Kim düşünə bilərdi ki, vaxt gələcək o, Litva hökumətində prezident postunu tutacaq. Litvanın prezidenti olan Qribauskayte daha əvvəl xarici işlər nazirinin müavini, maliyyə nazirliyi və maliyyə proqramlaşdırma, habelə Avropa Birliyi komissiyasının üzvü vəzifələrində çalışıb.

Dalya Qribauskayte yuxarıdakılardan fərqli olaraq ərdə deyil və uşağı yoxdur. Əvvəllər Litvanın “sarı” mətbuatı onun qeyri-ənənəvi seksual oriyentasiyası barədə şayiələr yazırdı. O, özü bu şayiələri təkzib edib. Karate üzrə qara kəmərə sahibdir. Dalya əsl poliqlotdur: Litva dili ilə yanaşı, ingilis, polyak, rus dilini bilir, həm də fransız dillərində mükəmməl danışır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm