Çəhrayı saçlarla seksual görünməyə çalışan ulduzlar – FOTOLAR
Bizi izləyin

Qadın

Çəhrayı saçlarla seksual görünməyə çalışan ulduzlar – FOTOLAR

Bu yay rəngli saçların da dəbə minəcəyi gözlənilir. Bunun üçün saçları qalıcı boyalarla rəngləməyə ehtiyac yoxdur. Belə ki, saç tabaşirləri ilə onları istədiyiniz rəngə boyaya bilərsiniz. Bu təbaşirlər saçdan yuyulduğu zaman gedir. Yayın ən trend rəngi isə çəhrayıdır. Xüsusən də dünya ulduzları arasında çəhrayı rəngə üstünlük verənlər çoxluq təşkil edir. Ən son isə Rihanna bu dəblə ayaqlaşmağa qərar verib. Publika.Az-ın qadın bölməsi saçlarını çəhrayı rəngə boyayan çılğın ulduzların fotolarını təqdim edir:

Rihanna - Son zamanlar çəhrayı saçlarla gəzən məşhurlardan biri Rihannadır. Saçlarını tez-tez dəyişdirməyi xoşlayan ulduzun yeni imici bizi təəccübləndirmədi. Başındakı isə öz saçları deyil, parikdir.

Keşa - Bu yaxınlarda Billboard mükafatının tədbirinə qatılan Keşa sarı saçlarını çəhrayı rənglə bəzəmişdi.

Nicki Minaj - Son zamanlar imici sadələşməyə doğru gedən Nicki Minaj çəhrayı saçları ilə gündəmə gəlmişdi.

Keti Perri - Saç rəngini tez-tez dəyişdirən və rəngli saçlara üstünlük verən müğənni də bir zamanlar bu saçlarda gəzirdi.

Pink - Pink saçını da adına uyğun boyayıb.

Kelli Osbourne - Bənövşəyi rəngli saçlarını əvvəlcə çəhrayı rəngə boyamışdı.

Ellie Goulding - Saçlarında çəhrayının çalarlarından istifadə edən ulduzlardan biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm