Koreyada plastik cərrahların dünyanı ÇAŞ-BAŞ SALAN ƏMƏLİYYATLARI - İnanılmaz FOTOLAR
Bizi izləyin

Qadın

Koreyada plastik cərrahların dünyanı ÇAŞ-BAŞ SALAN ƏMƏLİYYATLARI - İnanılmaz FOTOLAR

Cənubi Koreyanın plastik cərrahları dünyanı heyrətə salmağa davam edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin paytaxtı Seulda yerləşən estetik mərkəzdə çəkilən görüntülər bunun ən dəqiq sübutudur. 29 yaşlı amerikalı fotoqraf Ji Yeo koreyalı qadınların estetik əməliyyatdan əvvəl və sonrakı hallarını lentə alıb. Estetik mərkəzində çəkilən fotolar sosial şəbəkələrdə sürətlə yayılıb. Plastik əməliyyatlar əsasən göz qapağı və çənə bölgələrində həyata keçirilir. Ən maraqlısı da şüşə vaza içində yığılan çənə sümükləridir.

Statistikalar göstərir ki, Cənubi Koreyada yaşı 19 və 49 olan qadınların 20 faizi plastik əməliyyat etdirib. Qadınların əksəriyyəti o qədər dəyişir ki, onları tanımaq mümkün olmur. Ona görə də əməliyyat üçün Koreyaya üz tutan çinli qadınları çox vaxt ölkəyə buraxmırlar.

Bu problemin qarşısını almaq üçün klinikalar xəstələrə xüsusi sertifikat təqdim edir. Hansı ki, burada da xəstələrin əvvəl sonrakı şəkilləri təsvir edilir.

Yeri gəlmişkən, 2001-ci ilə qədər Çində plastik əməliyyat qadağan edilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm