Ombası ilə dünyaya səs salan azərbaycanlı qız REKORD QIRIR - FOTO
Bizi izləyin

Qadın

Ombası ilə dünyaya səs salan azərbaycanlı qız REKORD QIRIR - FOTO

23 yaşlı idmançı Bahar Nəbiyeva bədəni ilə instaqramı fəth etməyə davam edir.

Publika.az xəbər verir ki, Ukraynanın Dnepropetrovski şəhərində yaşayan B.Nəbiyeva "Miss polad popa (omba)” titulunu alıb. Bildiyiniz kimi, atası azərbaycanlı olan qız dünyada bədəni və ombası sayəsində məşhurlaşıb.

Bahar Azərbaycanda doğulub, amma gənc yaşlarında ailəsi ilə birlikdə Ukraynaya köçüb, indiyədək də orada yaşayır.

İnstaqramda 1,5 milyondan çox abunəçisi olan Bahar ixtisasca tərcüməçidir, amma bodibildinqlə məşğul olduqdan sonra populyarlıq əldə edib. Onun video və şəkilləri sosial şəbəkələrdə təkcə adi insanların marağına səbəb olmur, məsələn, dünya şöhrətli reper “50 Cent” də Baharın pərəstişkarlarından biridir. O, tez-tez Baharın şəkillərini bəyənir və rəy bildirir. Yeri gəlmişkən, “50 Cent” rəylərində Bahardan xoşu gəldiyini gizlətməyib.

"Lənət şeytana, ay qız, sən yaradırsan!", - deyə o, qeyd edib.

O, bodibildinqdən başqa stirptizlə maraqlanır, həmçinin xeyriyyəçiliklə məşğul olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm