Selülit yaradan qidalar
Bizi izləyin

Qadın

Selülit yaradan qidalar

Qadınların həyatını kabusa çevirən problemlərdən biri də selülitlərdir. Lakin onları aradan qaldırmaq bizim öz əlimizdədir. Bunun üçün sadəcə nə yediyimizə fikir verməliyik. Publika.Az Türkiyə mətbuatına istinadən selülitləri aradan qaldırmağın qaydalaırını təqdim edir:

Az , lakin tez-tez yeməyə üstünlük verin, əsla ac qalmayın. Düzgün qidalanın və eyni növ qida qəbulundan uzaq olun. Aşağı kalorili və sağlamlığınıza ciddi təsir göstərən pəhrizlər tətbiq etməyin. Səhər daha qüvvətli yeyin, axşam yeməyinizi isə daha yüngül etməyə çalışın. Çox sürətli yeməyin. Kəpəkdən hazırlanmış çörəyə üstünlük verin. Axşam yeməyinizi çox gec saatda yeməyin. Qırmızı ət yerinə ağ əti , qatı yağ əvəzinə duru yağı, qızartma əvəzinə buğlama, suda qaynadılmış və ya sobada bişirilmiş ərzaqları qida rasionunuza daxil edin.

Hansı içkiləri qəbul etmək olar?

Səhər yuxudan oyandıqdan və axşam yatmazdan əvvəl ilıq suya limon şirəsi sıxıb için. Yemək yeməzdən 30 dəqiqə əvvəl 1-2 stəkan su için. Yemək ərzində isə su içməyin. Çay, qəhvə, kola, alkoqol istifadəsini azaldın. Təzə sıxılmış meyvə suyu və bitki çaylarına üstünlük verin.

Dəriniz üçün etməli olduqlarınız:

Tərkibində soya lesitini (PPC) olan kremlərdən istifadə edin. Selülitli hissəyə mütləq masaj edin. Kisələnin, kontrast duş qəbul edin. İstifadə etmək istədiyiniz cihazların hansı tip selülitlər üçün olduğunu və sağaltma üsulunu mütləq öyrənin.

Sağlam həyat tərzi

Həftədə 4-5 gün 30-45 dəqiqəlik sürətli yeriş lazımdır. Müntəzəm idman hərəkətləri etməyə çalışın. Yeməkdən sonra dişlərinizi fırçalayın. Qan dövranına mane olduğu və qanda oksigen faizini azaltdığı üçün siqaret çəkməyin. İdeal çəkidə olduğunuz günlərdəki şəkillərin birini soyuducuya yapışdırın. Yediklərinizi mütləq qeyd edin. Həftədə bir dəfə çəkinizi ölçün. Hündür daban ayaqqabılar və dar paltarlar geyinməyin.

Qidalanma vərdişi

Şəkər və duzdan uzaq durun - Duz qəbulunu və porsiyalarınızı azaldın. Sağlam qidalanaraq selülitləri azalda bilərsiniz. İlk olaraq şəkəri və şirniyyatlarınızı menyudan çıxarmaqdan başlayın. Ən azı azaltmağa cəhd edin. Çünki şəkər yağ toxumalarına yığılır və onların genişlənməsinə səbəb olur.

Daha sonra duzu azaldın. Sodium bədənin su ehtiyacını azaldır və beləcə selülitin yaranmasına gətirib çıxarır. Gün ərzində 6 çay qaşığından daha çox şəkər olmaq, 200 qramdan çox olan duzlu qidalardan uzaq olun.

Kətən toxumu - Səhər yeməyinə kətən toxumu əlavə edin. Kətən toxumu kollagenlərin inkişafı artırır. Kollagen dərini gücləndirib, selülitin yaranmasına mane olur. Qatığa hər gün 2 yemək qaşığı əlavə edə, yaxud sadəcə toxum kimi yeyə bilərsiniz.

Hər gün 8-10 stəkan su - Su dərinin altında gizlənən yağların və selülitlərin yox olmasına kömək edir. Yağları və toksinləri bədəndən xaric edir. Həmçinin dərinin nəm balansını qoruyub yaşlanmasını gecikdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm