Mini ətək sevirsən? Sellülitə də hazır ol!
Bizi izləyin

Qadın

Mini ətək sevirsən? Sellülitə də hazır ol!

Gözəlliyin qurban tələb etdiyi barədə fikri kim eşitməyib ki? Məhz bu fikri əsas gətirərək qarderobumuzdakı bəzi əşyalara bəraət qazandırırıq. Öz əhvalımızı da risk altında qoyuruq. Bəzən isə gözəllik və seksuallıq xatirinə geyindiyimiz paltarlar həyatımız üçün real təhlükə törədir.



Strinq

Bu cür iplər çox seksual görünsələr də, onların zərərləri xeyirlərindən daha çoxdur. Özünüz diqqət edin: həmin alt paltarları asan travma olan yerlərə təsir edir. Asanlıqla infeksiya keçirə və ya babasil kimi xəstəliklər yarada bilər. Bundan əlavə, belə paltarların hazırlanması üçün daha çox sintetikadan istifadə edilir ki, bu da bakteriyaların tez bir zamanda çoxalmasına münbit şərait yaradır.

Korrektə edən alt paltarı

Bu cür paltarlar bədən əzasının bir neçə santimetrini düzəltsə də, zərərləri xeyrindən daha çoxdur. Gözü aldadan bu paltar orqanizmdə qan dövranını zəiflədir, onurğa sütununa təzyiq edir, həzm sistemlərində problemlər yaradır. Bu da, öz növbəsində, ürək bulanması və baş gizəllənməsi ilə nəticələnir.

Dar cinslər və şalvarlar

Ayaqlarda ciddi xəstəliklər - dar şalvarlara həddən artıq sevginin nəticəsi məhz belə ola bilər. Dar şalvar bədənin aşağı ətraflarında qan dövranını zəiflədir, damar xəstəliklərinə səbəb olur. Dar şalvarlar bəzən mədəyə də təzyiq etdiyi üçün həzm sistemində problemlər yaradır.

"Push up" tipli büzqalterlər

Sinənin ölçüsünü daha böyük göstərən bu paltar xanımların qarderobunda xüsusi yer tutur. Alimlər sübut ediblər ki, bu növ büzqalterlər süd vəzi xərçəngi təhlükəsini 20 dəfə artırır. Əgər bu cür paltarın həvəskarı olmasanız belə, bilməlisiniz ki, 8 saatdan artıq geyinmək damarlarda tıxanmalara səbəb ola bilər.

Hündür dabanlı tuflilər

Qadınların qarderobunda olan ən təhlükəli geyim məhz budur. Bu cür ayaqqabıları mütəmadi olaraq geyinmək ploskostopiya, varikoz genişlənməsi, barmaqlarda şiş yaranması və onurğa xəstəliklərinə səbəb ola bilər. Bu cür ayaqqabılar bəzən qadınlarda sonsuzluğa da səbəb olur.

Yastı daban həvəskarları da çox sevinməsinlər. Sizin sevimli ayaqqabınız rahat olsa da, elə də təhlükəsiz deyil. Bu cür ayaqqabılar da ploskostopiyaya səbəb ola bilir.

Mini ətək

Adətən bu tip paltarlar görüşlərin və klub partilərinin ən uğurlu seçimidir. Belə paltarın yeganə təhlükəsi soyuqdəymə deyil. Mini ətək qadının analıq orqanlarına da mənfi təsir göstərir. Soyuq havalarda mini ətək sellülitə də yol açır. Çünki orqanizm həmişə daha çox soyuq dəyən hissələrə piy qatı toplayır ki, soyuqdan qorunsun. Nəticənin necə olduğunu təxmin etdin.

Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm