Qadın
Yayın yeni dekolte dəbi – FOTOLAR
2014-ün yeni dəbindən biri də zərif qadın çiyinlərini örtməyən, çiyin dekoltesi olan köynək modelləridir. Qayıq yaxalıqlı köynəklər 90-ci illərin dəbindən biridir. Bohem üslubunun bu mövsüm aktual olduğunu nəzərə alsaq, bol qayıq yaxalıqlı geyimlərin daha çox dəbdə olduğunu deyə bilərik. Minimalizm qaydalarının qorunduğu qaraçı geyimlərinə oxşayan sarafanlar, zərif modellər 2014-ün ən sevilən dəbi olacaq.
Bu stil əsas diqqəti gözəl çiyinlərə və körpücük sümüklərinə çəkir. Zərif dekolte yay sarafanlarında da özünü kəskin şəkildə göstərir. Qayıq yaxalıqlı libaslar qırmızı xalıda və küçə dəbində də özünə məxsus yer tutur.
Tək çiyin detalı da sarafanlarda özünə yer edə bilib. Açıq çiyin dəbində gipürün də özünəməxsus yeri var. Çiyin dekoltesinə müraciət etmisinizsə və saçınız çox uzundursa, onu dağınıq toppuz yığmaq tövsiyə olunur. Çünki bu zaman çiyinlər daha cazibədar görünür. Zərif çiyinlərin bəzəyə ehtiyacı olmasa da, bir neçə nazik boyunbağı taxmaqla onu daha da gözəlləşdirə bilərsiniz. Publika.az-ın qadın bölməsi ən dəbli çiyin dekoltesinə aid bir neçə nümunə toplayıb.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...