• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nazirin gəlini məşhur fransız dizaynerin dəfiləsində – FOTOLAR

  • Qadın
  • 29 May 2014 15:46
  • 6 092 Baxış
Nazirin gəlini məşhur fransız dizaynerin dəfiləsində – FOTOLAR

Məşhur fransız dizayneri Rolan Muren mayın 23-də Bakıya gəlib. Onun “Payız-Qış 2014” kolleksiyasının nümayişi moda həvəskarları üçün vacib hadisə olub. Publika.az “buro247.az” saytına istinadən xəbər verir ki, həmin gün kutyurye şəxsən mağazanın önündə, Le Palais Royal stilində dekorasiya edilmiş meydançada qonaqları qəbul edib. Fransız duetinin musiqi sədaları altında qonaqlara növbəti mövsümün son kolleksiyası nümayiş olunub.

Roland Mouret brendi Hollivud ulduzlarının ən sevimli markalarından biridir. Moda evi 1998-ci ildə keçmiş model Rolan Mure tərəfindən yaradılıb. Günəşli Bakının gözəlliyinə heyran olan dizayner təəssüratlarını jurnalistlərlə bölüşüb: “Bu, Bakıya ilk səfərimdir. Mən yeni ölkələrə səfər etməyi çox sevirəm. Bəxtim gətirdi ki, belə bir şəhərə səfər edə və buradan ilhamlana bildim”.

Kolleksiyanın nümayişində “Nargis” jurnalının redaktoru Könül Nağıyeva və Anar Məmmədovun həyat yoldaşı da iştirak edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR