İstedadı və gözəlliyi ilə Türkiyəni fəth edən azərbaycanlı aktrisa qadınlar haqqında nələr dedi?
Bizi izləyin

Qadın

İstedadı və gözəlliyi ilə Türkiyəni fəth edən azərbaycanlı aktrisa qadınlar haqqında nələr dedi?

Balet müəlliminin xətkeşi belində sındırdığını deyən Nəsrin Cavadzadə qadınlarla bağlı maraqlı açıqlamalar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istedadlı aktrisa Nəsrin Cavadzadə “Women’s Fitness” jurnalının növbəti sayı üçün kamera qarşısına keçib. Azərbaycan əsilli kino ulduzu bilinməyən tərəflərindən bəhs edib.

Nəsrin Cavadzadənin müsahibəsindən maraqlı məqamları təqdim edirik.

- Cəsur, seksual və özündən əmin duruşunuz var.

- Bu obrazı çox sevirəm. Çünki üzərimə geyinməyi istədiyim "paltar" budur! Amma "Nəsrin həqiqətən də belədir?” deyə soruşsanız, yox deyərəm. Çünki mən yalnız bu imici xoşlayıram. Bu imic sayəsində həm özümə güc verirəm, qorxularımın üzərinə gedirəm, həm də məni yanlış anlamadıqları və sinirli olmadıqları müddətdə qadınlara güc verdiyimi düşünürəm".

- Seksual görünməkdən narahat olduğunuz vaxtlar olmurmu?

- Heç vaxt olmayıb. Qadınlar cazibədarlığını nümayiş etdirdiyi üçün o qədər küncə sıxışdırılıb ki... Demək olar ki, hər dəqiqəmiz senzuradır. Odur ki, cazibəsini gizlətmək məcburiyyətində qalmayan bir qadın görəndə qürur duyuram. Gözəl bədən quruluşu var və bunları göstərməyə çətinlik çəkir. Gözəl qadın olmaq, gözəl bədən quruluşuna malik olmaq məncə, çox dəyərlidir. Qadınların da qadınlıqlarına sahib çıxmaları lazım olduğunu düşünürəm. Qadınlar qadın kimi görünməkdən qorxmamalıdır.

- Özünüzü başqa qadın aktrisalardan fərqləndirən cəhətləriniz nələrdir?

- Məncə, öz nəslimin ideal bədəni olan qadınlardan biriyəm. Bu da əslində işgüzarlığımın nəticəsidir. Sovetlər İttifaqında doğulmuşam və böyümüşəm. Balet müəllimimin xətkeşi kürəyimdə qırılırdı. Çox intizamlı uşaqlıq keçirmişəm. Belə təhsil sisteminə vərdiş olduğuma görə özümü və iradəmi idarə edə bilirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm