SSRİ-də heç kəsin sevmədiyi Raisa Qorbaçova: İLK DƏFƏ EŞİDƏCƏYİNİZ FAKTLAR - FOTO
Bizi izləyin

Qadın

SSRİ-də heç kəsin sevmədiyi Raisa Qorbaçova: İLK DƏFƏ EŞİDƏCƏYİNİZ FAKTLAR - FOTO

Gizli faktlar

Rusiyada birinci xanımlar arasında Raisa Qorbaçova ilk növbədə onunla fərqlənirdi ki, o, elə birinci idi. Onun sələfləri ya arxa planda qalmağa, ya rəsmi tədbirlərdə ərlərini müşayiət etməməyə üstünlük verir, ya da yumşaq desək, olması gərəkdiyi kimi dövlət liderlərinin yanında görünmürdülər.

Qorboçovun gəlməsi ilə hər şey dəyişdi. Amma birinci xanımın dəstləri nə qədər düşünülmüş olurdusa, bu, insanlarda bir o qədər qıcıq doğururdu. Bununla belə modapərəstlər onun hər bir çıxışını maraqla gözləyirdi. Odur ki, Raisanın SSRİ dövrünün dəb cərəyanlarına təsiri qaçılmazdır.

Картинки по запросу раиса горбачева

Publika.az bu yazıda oxucuları Raisa Qorbaçovanın SSRİ dəbinə təsiri və gətirdiyi yeniliklərlə tanış edir:

Raisa təkcə siyasi xadimlərin həyat yoldaşlarının fonunda deyil, həm də demək olar ki, bir çox həmcinslərindən geyim seçimi ilə fərqlənirdi. Mixail Qorbaçov da müashibələrinin birində etiraf etmişdi ki, yaxşı geyinmək arvadının qanında var:

“Onunla yanaşı getməyimiz cəmiyyətin bir hissəsini çox hiddətləndirirdi. Yeri gəlmişkən, mən çox sevirdim ki, o, gəlirlərimiz imkan verdiyi qədər yaxşı geyinsin, özünə baxsın. Raisa bir dəfə də olsun qarşımda baxımsız vəziyyətdə görünməyib. Ümumiyyətlə, onda təbii nəciblik var idi. Haradan? Bunu demək çətindir. Yəqin ki, bu keyfiyyətlər ona Allah tərəfindən verilmişdi”.

Həqiqətən də xanım Qorbaçova heç vaxt şərait yaratmırdı ki, onun zövqünə şübhə yaransın. Əyinə kip oturan kostyumlar, rəng seçimləri, klassik siluetlər və minimalist aksessuarlar həmişə uğurlu alınırdı.

80-cı illərin sonunda 90-cı illərin əvvəllərində ölkəyə ən son qərb dəbi “ayaq açmağa başlayanda” SSRİ vətəndaşları bir çox hallarda uğursuzluqla nəticələnən üslub eksperimentləri aparırdılar. Lakin bütün bunların fonunda Raisa Qorbaçova yad element kimi görünürdü. Xarici KİV isə "kommunist xanımı Paris cazibəsi ilə" adlandırdığı Raisanı çox sevirdi.

Картинки по запросу раиса горбачева

Onu da unutmayaq ki, Raisa əri ilə bərabər ölkəni təmsil edirdi. Əvvəllər bir qayda olaraq SSRİ-yə gələn yüksək vəzifəli şəxslərin xanımları ilə kosmonavt Valentina Tepeşkova görüşürdü. Qorbaçova isə nəinki ərini hər yerdə müşayiət edir, həm də səsvermə hüququna malik idi. Prezident onun məsləhətlərinə qulaq asır, dövlətlərin liderləri ilə görüşlərdə onların xanımları ilə dialoqları Raisa aparırdı. Yeri gəlmişkən, sələflərindən fərqli olaraq R.Qorbaçova ingilis dilində problemsiz ünsiyyət qura bilirdi.

Картинки по запросу раиса горбачева

Xarici səfərlər və mədəni tədbirlər zamanı onun çıxışları ölkənin bir çox “mətbəxlərində” əsas mübahisə mövzusu idi. Bəziləri deyirdi ki, Kremlin birinci xanımları əvvəlki kimi evdə oturub öz işləri ilə məşğul olmalıdır, bəziləri isə çıxışlarında Raisanı dəstəklədiklərini gizlətmirdi.

“New York Times” olanları belə şərh etmişdi: “SSRİ-də birinci xamımları məşhur fotoda Ceki Kennedi ilə yanaşı dayanan Nina Petrovna Xruşova kimi görməyə adət ediblər”.

80-cı illərdə "Washington Post" qəzeti yazırdı: “Raisa Qorbaçova Sovet İttifaqı üçün yenilikdir. Təkcə ona görə deyil ki, o, əvvəlki liderlərin həyat yoldaşı kimi görünmür, məsələ ondadır ki, ümumiyyətlə, insanlar onun necə göründüyünü bilir”.

Xalq arasında zarafatlar gəzirdi ki, Qorbaçova ölkə liderlərinin arvadları arasında çəkisi ərindən az olan ilk xanımdır. Yəni arıqdır.

Похожее изображение

Bəs birinci ledini kim geyindirirdi?

“Raisa Qorbaçovanı kim geyindirirdi?, "Xırdalıqlarına qədər düşünülmüş dəstləri seçməkdə ona kim kömək edirdi?", "Paltarlarını kim tikirdi?” - indiyə qədər sual olaraq qalıb. Şayiələr gəzirdi ki, birinci xanımın bütün obrazlarını tanınmış qərb kuturyeləri hazırlayır. Sözsüz ki, bu da xarici ölkələrin məhsullarını almaq istəyən adi vətəndaşlarda qıcıq yaradırdı.

Qorbaçova özü inandırırdı ki, onun bütün dəstələri Dəmirçi körpüsündə yerləşən moda evində tikilir və onların üzərində şəxsən Slava Zayçev işləyir.

İddia edirlər ki, Raisa Maksimovna birinci ledi statusunu itirdikdən sonra modelyer öz obrazlarnın müəllifli kimi onu göstərməsinin səbəbini soruşub. Birinci ledi modelyerə bu cavabı verib: “Slava, məgər bu, sizə xoş deyil?”

Onu da qeyd etmək lazımdır ki, 1988-ci ildə “Los Angeles Times” rusiyalı dizayneri belə vəsf etmişdi: “Moskvanın Dioru”.

Картинки по запросу раиса горбачева

Raisa Maksimovna dəblə həmişə yaxından maraqlanıb, Pyer Kardin və İv Sen Loran kimi dünya şöhrətli dəb ustaları ilə şəxsən tanış olub. Pyer Karden Raisa xanıma görüşünü belə ifadə edib:

“Xanım Qorbaçova ilə məxməri yaxalığı olan incə tvid kostyum geyinmişdi. Raisa Qorbaçova kimi qadın bədən quruluşunu vurğulayan və üslubuna xas olan paltarlar geyməyi özünə rəva görə bilərdi. Bilmirəm ki, bu, nə ilə bağlı idi: O, ya Rusiyada ictimai rəydən çəkinir, ya da sadəcə olaraq belə geyimlər geyinməyə cəsarəti çatmırdı. Bilirsiniz, bəzən elə olur ki, təbiətən gözəl qadınlar qəşəng və dəbli libaslarda özünü çox naqolay hiss edirlər, halbuki mən əminəm ki, Raisa Qorbaçova belə deyildi...”

Pyer Karden isə Raisa Qorbaçovaya bütün kolleksiyasını hədiyyə etmək istədiyini, lakin birinci ledininin bu təklifi israrla rədd etdiyini etriraf edib: “Nəhayət, xanım Qorbaçovanı yola gətirə bildim ki, hörmət əlaməti olaraq məndən kostyum və yüngül paltonu qəbul etsin. Bir dəfə onu hədiyyə etdiyim kostyumda şəklini görəndə qürur hissi keçirdim. Deməli, hədiyyə onun xoşuna gəlib”.

Raisanın geyimlərinin bir qismi üzərində həqiqətən də Slava Zayçev məşğul olsa da, qərb mətbuatı 80-ci illərdə yazırdı ki, obrazları üzərində böyük komanda işləyir. İddia olunur ki, Qorbaçovanın Qərb ruhunda təmkinli üslubu üzərində işləyən gizli ştatı var.

Sovet modapərəstləri Raisa Qorbaçovanı nə qədər tənqid etsə də, bir çox hallarda ona oxşamaq istəyirdilər. “Los Anceles Times” qəzetində çıxan məqalədə bildirilirdi ki, ruslar Raisa xanımın saç tonunu əldə etmək ümidiylə saçlarına təbii xına qoyurdular.

Похожее изображение

Təəssüf ki, xına rus gözəllərinə istənilən çaları əldə etməyə həmişə kömək olmurdu. Qadınların çoxu hesab edirdi ki, o, saçlarını xarici ölkədən aldığı süni saç boyaları ilə rəngləyir. Moskvalı xanımların onun saç rəngini təkrarlamaq cəhdləri tez-tez uğursuzluqla bitirdi.

Bu vəziyyət o zaman daha dərin problemi üzə çıxarır. Belə ki, sovet qadınları qərbin gözəllik və üslub standartlarına uyğun olmağa çalışırdılar. Missis Qorbaçova onlar üçün başlıca nümunə idi. Amma SSRİ-nin orta statistik sakinlərinin xarici mallara birinci xanımı kimi çıxışları yox idi.

Похожее изображение

Bununla belə Raisa özü ölkədə xarici dəbi tanıtmağa çalışırdı. Məsələn, moda sənayesinin nümayəndələri ilə dəyirmi masalar keçirir, Kardenlə birlikdə Sovet İttifaqı üçün kolleksiyanın hazırlanması ilə məşğul olurdu. Bu kolleksiyanın məhsulları Moskvada satışa çıxarılmışdı, Qızıl Meydanda ilk dəfə olaraq onun nümayişi keçirilmişdi.

Xatırladaq ki, Raisa Qorbaçova 1985-ci ildən 1991-ci ilədək birinci xanımı olub. Mixail Qorbaçovun xanımı 1999-ci ildə, 67 yaşında olarkən leykoz müalicəsi aldığı Almaniya xəstəxanasında vəfat edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm