Şahzadənin nişanlasının intim görüntüləri YAYILDI - FOTO
Bizi izləyin

Qadın

Şahzadənin nişanlasının intim görüntüləri YAYILDI - FOTO

Böyük Britaniya şahzadəsi Harri ilə 3 ay sonra evlənməyə hazırlaşan aktrisa Meqan Marklın intim görüntüləri yayılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı aktrisanın parlaq kino karyerası olmasa da, o, bir neçə filmdə və serialda rol alıb. Özü də onun iştirakı ilə çəkilən bəzi səhnələr yumşaq desək, şahzadənin nişanlısının nüfuzuna heç uyğun gəlmir.

Son aylarda ciddi və olduqca eleqant obrazlarda görməyə alışdığımız Meqan karyerasına 2000-ci illərin əvvəllərində model kimi başlayıb. Onun iştirakı ilə çəkilən seksual kadrlar çox güman ki, kral ailəsinə çox cəsarətli görünə bilər.

Meqan aktrisa kimi “Fors-Majorı” (Fövqəladə Vəziyyətlər) serialında canlandırdığı hüquqşünas köməkçisi obrazı ilə məşhurlaşmağa başlayıb. O, ekran işində klassik üslubda geyimlərə üstünlük verib və belə paltarda çox cazibədar təsir bağışlayıb. Bununla belə serialın bir çox hissələrində Meqanı alt geyimlərində, hətta çılpaq görmək olar. Hərçənd ki, ehtiraslı yataq səhnələrində aktrisanın intim yerləri gizlədilsə də, kraliça çox güman ki, belə səhnələri dəqiq təqdir etməzdi.

Meqan Merkl Harri ilə nişanlanması ərəfəsində İnstaqramını bağlayıb. Xoşbəxtlikdən öz bloqunda ideal bədən quruluşunu tez-tez nümayiş etdirməyə sevən ulduzun şəkilləri mətbuatda qalıb.

Meqan dəfələrlə etiraf edib ki, yoqanın böyük pərəstişkarıdır. Bədəninin formada qalmasına görə məhz ona borcludur. Onun çevik və əla plastikasına ancaq həsəd aparmaq olar.

Belə keçmişinə baxmayaraq, Meqan qısa müddət ərzində artıq xalqın sevimlisi və örnək olmağı bacarıb. Başlıcası şahzadə Harri onu məhz belə sevib. Nişanlısının nə açıq səhnələri, nə fəal sosial həyat, nə də xüsusi bacarıqları Harrini pərt edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm