Buş ailəsinin ACI GÜNÜ - FOTO
Bizi izləyin

Qadın

Buş ailəsinin ACI GÜNÜ - FOTO

ABŞ-ın 41-ci prezidenti Ata Corc Buşun xanımı və ABŞ-ın 43-cü prezidenti Corc Buşun anası Barbara Buş bu gün səhər saatlarında 92 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, ABŞ-ın keçmiş birinci xanımının ölümü haqqında Buş ailəsinin rəsmi nümayəndəsi Cim Makqrat Tvitter vasitəsilə bildirib.

Barbara Buş həyat yoldaşı ilə 73 il ömür sürüb. Bu nikahdan onların beş uşağı dünyaya gəlib. Onun 17 nəvəsi və 7 nəticəsi var.

Makqratın səhifəsində qeyd edilib ki, Buşun dəfn mərasimi haqqında məlumat yaxın vaxtlarda dərc ediləcək.

Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama, həmçinin ABŞ-ın hazırkı prezidenti Donald Tramp və xanımı Melaniya hadisə ilə bağlı Buş ailəsinə başsağlığı verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm