Bu qadınların əsl yaşını öyrənəndə inanmayacaqsınız - FOTOLAR
Bizi izləyin

Qadın

Bu qadınların əsl yaşını öyrənəndə inanmayacaqsınız - FOTOLAR

60 yaşlı Amerikalı super model Kristi Brinkli bu yaxınlarda qısa paltarda “Sports Illustrated” dərgisinə çox seksual pozalar vermişdi. Bu fotolar onu göstərdi ki, əbədi gözəlliyə, hətta ən gənc həmkarları da həsəd aparır. 60 yaşlı model bikini ilə dərgil

60 yaşlı Amerikalı super model Kristi Brinkli bu yaxınlarda qısa paltarda “Sports Illustrated” dərgisinə çox seksual pozalar vermişdi. Bu fotolar onu göstərdi ki, əbədi gözəlliyə, hətta ən gənc həmkarları da həsəd aparır. 60 yaşlı model bikini ilə dərgilərin üz qabığını bəzəyir. Yeri gəlmişkən, son zamanlar dünyada moda brendlərinin reklamında və moda çəkilişlərində yaşlı nəsil modellərin və ulduzların çəkilməsi bir tendensiya halını alıb. Tabloid.az ən cəlbedici yaşlı məşhurlarının siyahısını müəyyənləşdirib. Onların peşəsinə həmişə tələbat var və onlar əsl qadın gözəlliyinin bariz nümunəsidir. Onlar şərab kimidir, qaldıqca daha da gözəlləşirlər...

Rakel Uelç,73 yaş. O, 20 ildir ki, görünmür. Lakin seks-simvol titulunu hələ də itirməyib. Aktrisa ciddi-cəhdlə formada qalmağa çalışır. Yoqa ilə məşğul olur, kosmetoloqları tez-tez ziyarət edir, hər gün makiyaj edib saçını fenləyir.

РАКЕЛЬ УЭЛЧ

Karolina Herrara 75 yaş - “Carolina Herrera” moda evinin baş direktoru hər zaman qüsursuz və zərif görünür. Belinin incəliyini vurğulamağı unutmur. Dodaqları isə parlaq rənglərlə boyayır. 75 yaşı olmasına baxmayaraq, gənc qızlar üçün nəzərdə tutulan geyimləri özünə ustalıqla yaraşdırır. 2012-ci ildə o, Nyu-Yorkda Moda İnstitutunun tələbəsi adını qazanır və Sənətlər Sahəsində doktorluq dərəcəsini alır.

КАРОЛИНА ЭРРЕРА-СТАРШАЯ

El Makferson, 50 yaş. Model həmkarlarından və jurnalistlərindən “Heykəl” ləqəbini alıb. O, son 20 ildə qətiyyən dəyişməyib. Makferson paparisilərdən qətiyyən qorxmur. Bikini ilə, hətta makiyajsız pozalar verir. Etiraf edir ki, yaşlandıqca gözəl qalmaq onun üçün çətinləşir. Özünə rəva bildiyi yeganə dadlı yemək isti şokoladdır. Qocaldıqca kosmetik vasitələrin istifadəsini minimuma endirir. 8 saatdan az yatmır.

ЭЛЬ МАКФЕРСОН

Sati Spivakova, 52 yaş. Teleaparıcını canlı görən hər kəs onun nadir ziyalı gözəlliyini, təbii məlahətini xüsusi qeyd edirlər. Bir çox məşhurlardan fərqli olaraq yaşını və gözəllik sirlərini gizli saxlamır. Əksinə onları həvəslə bölüşür. “Mən heç bir plastik əməliyyat etdirməmişəm. Əks halda, ərim məni çoxdan boşamışdı. Qızlarım isə boykot elan etmişdi. Şükürlər olsun mezoterapiyalar var. Həmçinin ultrasəs liftinqi etdirmişəm. Ağrılı olsa da, effektivdir ”.

Сати Спивакова фото

Culliana Mur, 53 yaş. Aktrisa bu yaşında mini yubkaları məmnuniyyətlə daşıyır və açıq səhnələrdən imtina etmir. “Anam günəş şüalarından qorunmaq üçün mənə SPF tərkibli kremlər çəkməyi tövsiyə etmişdi. Buna hər zaman əməl edirəm. Həm də düzgün qidalanıram. Təzə tərəvəzlərə, balığa çox yer verirəm. Həftədə 3-4 dəfə müntəzəm olaraq yoqa ilə məşğul oluram. Şirniyyatlardan uzağam. Bunlar sayəsində qısa müddətdə sarsıdıcı nəticələr əldə edirəm. Düzünə qalsa, cavanlıqda idmana və özümə daha çox vaxt ayırırdım. Həyat çox qısadır, bəzi zövqlərdən özümü məhrum edə bilmərəm”.

Джулианна Мур фото

Şeron Stoun, 56 yaş. “Yaşlandıqca bütün kişilərin dünyanın o başına getməyə hazır olduğu, onları başdan çıxaran pis, dəbdəbəli və parıltılı qadın obrazından uzaqlaşıram. İllər ötdükcə gözəlliyimə başqa cür yanaşıram. Mən sifətimdə və bədənimdə baş verən dəyişikliklərə biganə qala bilmərəm. Hər gün tezdən oğlanlarıma səhər yeməyi hazırlamaq üçün yataqdan qalxıram”.

Qırmızı xalıda isə aktrisa hər zaman dekolteli və füsünkar geyimlərdə təşrif buyurur. Əla bədəni ilə gənc həmkarlarında paxıllıq hissinin yaranmasına səbəb ola bilər.

Шэрон Стоун фото 2014

Sofiya Rotaru, 66 yaş. 66 yaşlı müğənni bir neçə onillik bundan əvvəl postsovet məkanın ən gözəl xanımlarından biri hesab olunurdu. Müğənni plastik cərrahların qapısını döyməməyə can atır. Qidalanmasına səmərəli yanaşır. Ancaq faydalı məhsullar, meyvə və tərəvəz yeyir.

СОФИЯ РОТАРУ

Kristi Brinkli, 60 yaş. Çoxlu pərəstişkarları olan məşhur Amerika müğənni, aktrisa, dizayner və model Kristi Brinkliyə tez-tez verilən suallardan biri də 60 yaşında belə gözəl formaya necə malik olması ilə bağlıdır. Model etiraf edir ki, onun əbədi gəncliyinin sirri vegetarianlıqdır. Heç bir plastik cərrahiyyə keçirmədən bu yaşda gənclik illərindən daha gözəl görünür. Aradan uzun illər keçsə də, qüsursuz bədən ölçüləri və parıltısı ona hələ də model kimi işləməyə icazə verir.

КРИСТИ БРИНКЛИ

Ceyn Fonda, 75 yaş. Ceyn Fonda 25 yaş gənc görünür. Məşhur aktyor Henri Fondun qızı gənc yaşlarından filmlərdə çəkilməyə başlayıb, paralel olaraq da model işləyib. Mükəmməl üz cizgiləri və aktyorluq istedadı sayəsində bütün qapılar onun üzünə açılır. Geyim tərzi mətbuatda bir çox müzakirələrə səbəb olur. O, fitnes və sağlam qidalanmağın dəlisidir. Ceyn Fond ona uzun illər gözəl fiziki formada qalmağa imkan verən aerobikanı hər zaman təbliğ edir. Kino ulduzu sübut etdi ki, gözəllik və istedad bir-birini istisna etmir. Lakin aktrisanın zahiri görkəmi indiyə qədər də hər kəsi valeh edir. Axı hər qadına 75 yaşında Ceyn kimi ideal profilini saxlamaq nəsib olur. Aktrisanın 75 yaşı olmasına baxmayaraq, o, əyninə kip oturan, seksual geyimlərini özünə rəva görə bilir.

Cerri Holl, 57 yaş. "The Rolling Stones" qrupunun əfsanəvi solisti Mika Caqqerin həyat yoldaşı öz ulduz sevgilisi ilə çox-çox əvvəl tanınıblar. 70-ci illərin ən məşhur sarışın modeli təkcə bahalı brendlərin reklamlarında deyil, həm də bütün toplu nəşrlərin üz qabığında çəkilib. Cerri Holl o dövrlərin dəb ilahəsi və gözəllik etalonu sayılırdı. Bundan başqa, məşhurluğu onu sübut etdi ki, evlilik və analıq - uğurlu karyera qurmağa maneə ola bilməz. Supermodel kimi ona hələ də tələbat var. O, həmçinin model qızı Corciey Mey Caqqer ilə birlikdə brendlərin reklamına dəvət alır.

Sofi Loren, 79 yaş. Əgər tənbəlsənsə, sənin üçün valehedici olmaq çətin olacaq. Bu kəlam müdrik italyanların aforizminə çevrilib. İtaliyanın kino ulduzu və 50-ci illərin seks-simvolu Sofi Loren hamı üçün heyranlıq nümunəsidir. 72 yaşında ulduz "Pirelli" təqviminə çəkilməklə bütün pərəstişkarlarını sarsıdır. İllər keçsə də, o, təkcə məşhurluğunu deyil, həm də əla fiziki formasını qoruyub saxlaya bilib. Sofi Lorenin bu barədə şəxsi gənclik və gözəllik sirlərini var: aktrisa siqaret çəkmir, spirtli içkilərdən istifadə etmir, qidalanmasına fanatikcəsinə nəzarət edir. Onun gündəlik rasionuna uzun illər limonlu su, qatığın içinə əlavə edilmiş pivə mayaları daxildir. Loren öz əbədi gözəlliyinə yalnız sağlam qidalanma və pəhriz nəticəsində nail olub. Sofi Loren həmçinin səhər tezdən oyanıb gimnastika ilə məşğul olur, təmiz havada gəzir. Bir sözlə, kübar həyat tərzi yaşayır.

Onun gözəllik sirlərindən biri də zeytun yağıdır. Zeytun yağını həm salatlara əlavə edir, həm də dərisinə və saçına çəkir.

СОФИЯ ЛОРЕН

Helen Mirren, 67 yaş. Helen Mirrenin hər çıxışı mətbuatda həmişə qızğın müzakirələrə səbəb olur. Təəccüblü deyil ki, aktrisanın hər çıxışı belə ajiotaj doğurur, çünki 67 yaşı olmasına baxmayaraq, fantastik görünür. Stilistlər Mirrenin gözəl üslubu və qəşəng obrazlarını qeyd etməkdən yorulmurlar. Lakin onun cəlbediciliyinin əsas sirri sonsuz xarizmasındadır. Kino ulduzun özü düzgün geyim dəstlərini təvazökarlıqla cavanlıq sirri adlandırır.

Ceyn Seymur, 62 yaş. Ceyn Seymura tez-tez yaşı olmayan qız deyirlər. O, düzgün gözəllik ritualları sayəsində cazibədar yaşlılar siyahısında öz yerini tapıb. Bəs onun gözəllik sirri nədir? Kino ulduzu həmişə bəyan edir ki, gözəl görünmək üçün plastik yardımına əl atmayıb. Aktrisa gənclik sirrinin zərərli vərdişlərinin olmaması və yaxşı genləri ilə bağlı olduğunu söyləyir.

Katrin Denev, 70 yaş. Fransız aktrisası Katrin Denev 70 yaşı olmasına baxmayaraq, dünyanın ən gözəl xanımlarından biri olaraq qalır. Onun pərəstişkarlarının əksəriyyəti hesab edirlər ki, Denev yaşlaşdıqca yalnız çiçəklənir. Kino ulduzu öz yaşını heç vaxt gizlətmir, əksinə, həmişə ləyaqətlə yaşını qeyd edir. Denev əmindir ki, siqaret çəkməkdən imtina, sağlam həyat tərzi və piyada gəzintilər onun gözəlliyini və gəncliyini qoruyub saxlamağa kömək edir. Nəvələri onu nənə deyə xitab etmir. Onu adının qısaldılmış ləqəbi ilə çağırırlar. Katrin artıq cazibədar və sevimli qız olmasa da, kifayət qədər baxımlı və kübar qadındır. Öz illərində əsl fransız gözəli kimi tanınırdı və bunun üçün xüsusi səy göstərmirdi. Aktrisa dadlı yeməkləri sevir və hər gün bir qədəh şərabdan imtina etmir. Katrin gözəlliyini anasından varis qaldığını və genlərlə bağlı olduğunu iddia edir. 70 yaşlı aktrisa yataraq və dincələrək gözəlləşdiyinə inanır. Günəşdən qorunmağı yaddan çıxartmır. Mütəmadi olaraq masaja gedir.

Syuzan Sarandon, 66 yaş. Syuzan Sarandon bədən quruluşunu qeyri-adi reseptlərə əməl edərək qoruyur. Bu il onun 66 yaşı tamam olsa da, xarici görünüşü bu rəqəmə qətiyyən uyğun gəlmir. Syuzan Sarandonun cavanlıq sirri - pinq-ponqdur. Ulduz tennis klubunun üzvüdür. Aktrisa hesab edir ki, yoqa və digər idman növlərindən fərqli olaraq, pinq-ponq formada qalmaq üçün ən şən idman növüdür.

Meril Strip, 64 yaş. Meril Strip bu gün ən çox tələb olunan aktrisalardan biridir. 64 yaşlı ulduza yalnız qoca qadın rolları nəsib olmur, əksinə, o, dəbdəbəli qadın obrazları ilə diqqət çəkir. Meril məhəbbət melodramlarında əsas qəhrəmanları canlandırmağa davam edir. Maraqlıdır ki, ulduz Meril əksər ulduzlardan fərqli olaraq plastik əməliyyat keçirməyib və yaşını gizlətmir. Meril enerjisini ailəsindən alır, bütün boş vaxtını doğmalarına və yaxınlarına ithaf edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm