• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Balqabaq tumunun inanılmaz faydaları

  • Qadın
  • 25 Yanvar 2014 13:38
  • 34 194 Baxış
Balqabaq tumunun inanılmaz faydaları

Balqabaq qədim bostan bitkilərindəndir və ondan hazırlanan dadlı təamlar milli mətbəximizin ləziz yeməklərindən hesab olunur. Əsasən, öz buğunda bişən, qovrulan, marinadlaşdırılan, mürəbbə, marmelad və salatlar üçün istifadə edilən balqabağın toxumları da müalicəvidir. Balqabaq yeməklərini sevməyənlər onun orqanizmə olan faydalarını, xəstəliklərə güclü müalicəvi təsirini bilsə, ondan yan keçməzlər.

Balqabaq şirəsinin və ya toxumlarından alınmış yağın istifadəsi xəstəliklər üzrə müxtəlif cürdür. Şirəni və ya yağı acqarına, yeməyə bir saat qalmış qəbul etmək lazımdır və bundan sonra su içmək məsləhət deyil. Qanazlığında, qaraciyər xəstəliklərində, iltihab əleyhinə, skleroza qarşı, mədə xoralarına və allergiya əleyhinə içilən balqabaq şirəsi və balqabaq yağı öd və böyrək daşlarına qarşı məlhəmdir. Balqabaq qan təzyiqini salır, qana düşən zəhərli toksinləri məhv edir.

Tərkibi bir çox vitaminlərlə zəngin olan şirin balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallar cəhətdən də zəngin bir tərəvəzdir. Balqabaq tumu, qış balqabağından əldə edilir.

Balqabaq tumunun 100 qramındakı (qabıqsız) enerji və qida elementləri
Enerji 610 kkal
Zülal 30 qr
Yağ 50 qr
Karbonhidrat 10 q
Kalsium 40 mq
Demir 10 mq
Fosfor 1144 mq
Vit E 10-12 mq

Faydaları:

  • Qəbizliyə yaxşı təsir edir
  • İltihablara, sidik tutulması kimi narahatlıqlara yaxşı təsir edir
  • Mədə bulantısını aradan qaldırır
  • Soxulcan və ya digər qurdları tökməyə kömək edir
  • Balqabaq tumundakı karotenoid və omeqa -3 yağlarının prostat xərçəngi riskinin aazalmasına kömək edir
  • Oynaqların iltihabı müalicəsində müsbət nəticə göstərir
  • Ürək damar sağlamlığına yaxşı təsir edir

Balqabaq tumu çərəz kimi yeyildiyi kimi, həm də salatlara, çörək növlərinə əlavə edilə bilər. Amma istehlak edərkən çox duzlu olmamasına, qovrulmuş olmamasına və də miqdarına diqqət etmək lazımdır.


Sonsuzluq və ya hormonal pozğunluğu olan kəslər
Beləki bəzi kişilərdə hissiyat, sonsuzluq və ya hormonal problemlər olur və bu səbəbdən cinsi münasibət qura bilmirlər bu zaman yazacağım bu reseptlə bu problemi aradan qaldıra bilərlər.

Lazım olanlar
1 st. bal
1 xörək qaşığı təmizlənmiş çiy balqabaq tumu
1 xörək qaşığı təmizlənmiş çiy günəbaxan tumu
1 xörək qaşığı təmizlənmiş qoz ləpəsi
1 xörək qaşığı təmizlənmiş fındıq ləpəsi
Bir az zəfəran, darçın, qara bibər

Bunlarım hamısı yaxşıca əzilib bala qarışdırılır. Səhər acqarnına, axşam yatmazdan əvvəl bir çay qaşığı udulur. Bu qarışıq, hətta sperma sayını artırır, hissiyatı gücləndirir və sonsuzluğu aradan qaldırır.

Tam sağlam insanlar və ya orqanizmində müəyyən xəstəliyi olanlar üçün balqabaq yeməyin heç bir problemi yoxdur. Balqabaq orqanizmi təmizləməklə, təzə qan yaratmaqla insana yeni həyat bəxş edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR