Qadınları fərqli stilə bürüyən yeni trend - FOTOLAR
Bizi izləyin

Qadın

Qadınları fərqli stilə bürüyən yeni trend - FOTOLAR

İlin dəb trendləri o qədər rəngarəng və çoxdur ki, saymaqla bitmir. Biri də yeni trend halına gələn yumru çiyinliklərdir. Bu gün də dəbsevərlərə yumru çiyinlik modası haqqında məlumat verəcəm.

İlin dəb trendləri o qədər rəngarəng və çoxdur ki, saymaqla bitmir. Biri də yeni trend halına gələn yumru çiyinliklərdir. Bu gün də dəbsevərlərə yumru çiyinlik modası haqqında məlumat verəcəm.

Hər il moda özünü təkrar göstərir, həm də yeni trendlər əlavə edilir. Bu mövsüm bir-birindən iddialı detallara rast gələcəyik. Bir çox markaların 2014-cü il kolleksiyalarında yumru çiyinlik dəbi mövsümün ən diqqət çəkici detallarından biridir. Qadınları fərqli tərzə bürüyən bu trendi çoxlarınızın bəyənəcəyinizi düşünürəm.

Hər il yeni trendlər, yeni materiallar görməyə alışdığımız kolleksiyalarda modelyerlər bizə çox fərqli kəsimlər və biçimlər təqdim ediblər. Yumru çiyinliklər bu mövsüm qadınların qəlbinə yol tapa biləcək. Model baxımdan “oversize”, yəni bol paltolara və geyimlərə bənzəsə də, özünə məxsusluğu ilə seçilir. Usta dərzilərin qızıl əllərindən çıxan yumru çiyinliklər nostalji hisslər oyadır. Bu modelləri istənilən məkana geyinmək olar.

Yumru çiyinliklər Marc Jacobs, Stella McCartney, Miu Miu, Carven, Donna Karan kimi bir çox markanın kolleksiyasında ən çox marağa səbəb olan geyim əşyası olacaq. Bu tərz biçimləri modelyerlər adətən romantik retro futuristik (Futuristik adı verilən binalar, şəhərlərin təbii silüetlərini sürətlə pozan, dəyişik şəkillərdəki dəmirlər, beton yığınları və "gələcəkdə bir gün" deyilə bilən düşüncə tərzidir. Həmçinin mövcud olduğu zamana görə modern cizgilərə sahib olmaq mənasını verir) arxetikturası tərzində təqdim olunur və oval silueti ilə diqqət çəkir. İspan modelyerlər Cristobal Balenciaga tərəfindən hazırlanan yumru çiyinlər 2014-cü ildə bir çox qadınların qarderobunda xüsusi yerə sahib olacaq.

Yumru çiyinlik dəbinə gödəkçələrdə, köynəklərdə, paltarlarda, jaketlərdə, paltolarda və pencəklərdə rast gələ bilərsiniz. Onlardan biri mütləq sizin zövqünüzə xitab edə biləcək. Yumru çiyinlik modellərinin bir çox avantajları var. Belə ki, əsas diqqət çiyinlərə yönəldiyi üçün ayaqları uzun və incə göstərə biləcək.

Yumru çiyinliklərə dəri materiallarından hazırlanan geyimlərdə də rast gələcəyik. Yumru çiyinli paltolarla getdiyiniz hər yerdə diqqət mərkəzində olmaqla ətrafdakıların baxışlarını üzərinizə toplayacaqsınız.

Bu modellərə qadınların reaksiyasının necə oldudğunu deyə bilmərəm. Amma yumru çiyinlikli köynəkləri nə ilə və necə kombinasiya etmək haqqında bir neçə məlumat vermək istərdim. Yumru çiyinlikli bu trend köynəkləri uzun qələm ətəklə və qısa şortlarla geyinməklə mükəmməl uyğunluq əldə edə bilərsiniz.

Yumru çiyinlik modeli qadın geyimlərinin bir çoxunda özünü göstərəcək. Bu trendi yaxından izləmək və dəblə ayaqlaşmaq istəyirsinizsə, Publika.Az-ın qadın bölməsinin seçdiyi modellərə nəzər salın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm