Ronaldonun sevgilisi: “Soyunmağımı istəyirlər” (FOTO)
Bizi izləyin

Qadın

Ronaldonun sevgilisi: “Soyunmağımı istəyirlər” (FOTO)

Son dövrün ən populyar modellərindən olan İrina Şeyk prodüser və rejissorların ona etdiyi təkliflərdən şikayətlənib.

Publika.az-in məlumatına görə, dünyanın ən bahalı futbolçularından biri olan Kriştiano Ronaldonun sevgilisi İrina Şeyk "Maxim" jurnalı üçün yeni fotosessiyaya çəkilib.

Model kariyerasında oluqca uğurlu addımlar atan rus maniken film sektorunda da özünü sınayıb. Jurnal üçün kamera qarşısına keçən 29 yaşlı gözəl açıqlamasında ona təklif edilən rollardan danışıb.

"Nə vaxt bir ssenari təklifi gəlsə, həmişə striptizçi, ya da barmen kimi rollar təklif edilir" - deyə, top model bildirib.

Model olaraq qazandığı imkanların ona kifayət etdiyini vurğulayan İrina aktrisalığın onun üçün sadəcə hobbi olduğunu söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm