• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Gözləri parıltılı göstərməyin yolları

  • Qadın
  • 27 Yanvar 2014 16:59
  • 1 410 Baxış
Gözləri parıltılı göstərməyin yolları

Yorğunluq ən çox insanın gözlərindən bəlli olur. Çoxlu yatsanız belə, allergiya, yaxud gözaltı qaraların yaranmasına səbəb olur. Bu zaman həm çirkin, həm də çox yorğun görüntü meydana gəlir. Korrektoru əvəz edən başqa vasitələrdən istifadə etməklə, parlaq gözlərə sahib olmaq çətin deyil.

1. Ağ göz qələmi – Gözlərin iç hissəsinə ağ göz qələmi çəkməklə, bir anda parlaq gözlərə sahib olarsınız. Gözün iç hissəsinə çəkib barmağınızla yedirin.

2. Korrektor – Sarı tonlarda korrektorla göz altındakı qara dairələri gizlətməklə rənginizi aça bilərsiniz.

3. Allergiya - Antihistamin və dekonjestan istifadə edərək allergiyanın səbəb olduğu qara dairələrdən bir ay ərzində xilas ola bilərsiniz. Dərman istifadə etmək istəmirsinizsə, gecələr iki yastıqla yatın və gözlərin altındakı qan dövranının normaya düşməsini təmin edin.

4. Diqqəti uzaqlaşdırın – Diqqəti yorğun gözlərinizdən uzaqlaşdırın. Alt kirpiklərə tuş, ya da qələm çəkməyin. Parlaq dodaq boyası ilə diqqəti dodaqlara yönəldə bilərsiniz.

5. Göz kremi – Həssas və nazik dəri altındakı damarlar göz altı qara dairələri əmələ gətirir. Kollagen və kafein tərkibli kremlər qan damarlarını qidalandıra bilər. Bu yolla qara dairələrdən xilas olmaq asanlaşar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR