• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

30 günə arıqladan gəlin pəhrizi

  • Qadın
  • 27 Yanvar 2014 18:03
  • 2 939 Baxış
30 günə arıqladan gəlin pəhrizi

Publika.Az Türkiyə mətbuatına istinadən toya hazırlaşan qızları 30 günə arıqladan pəhrizi təqdim edir:

Səhər

a) 2 dilim az yağlı pendir, 2 dilim tam buğda və ya çovdar çörəyi, pomidor, xiyar, cəfəri, rəngli bibər

b) 4-5 yemək qaşığı müsli və ya yulaf əzməsi, 1 stəkan az yağlı süd

c) 1 təkan az yağlı qatıq, 2 dilim nazik doğanmış anans, darçın

d) 1 yumurta, 2 dilim buğda və ya çovdar çörəyi, 5 zeytun və ya 1 çay qaşığı zeytun yağı, pomidor, xiyar (həftədə bir dəfə)

Saat 12-dən sonra

1 ədəd kivi və ya 8 ədəd çiyələk və 12 ədəd albalı, 3 ədəd qoz + 1 fincan yaşıl çay

Günorta

a) 200 qr balıq və ya 150 qr toyuq + 1,2 dilim buğa çörəyi, çoxlu yaşıl salat (1 çay qaşığı zeytun yağı)

b) 100 qr ət və ya 150 qr hinduşka + 1,2 dilim buğa çörəyi, çoxlu yaşıl salat (1 çay qaşığı zeytun yağı)

Həftədə bir dəfə: 1 stəkan su, kəpəkli makaron və ya 5 yemək qaşığı bulqur plovu, qarnir kimi pomidor, bibər tomatı ola bilər.

Saat 3-6 arası

a) 1 ədəd az yağlı pendirli tost, pomidor, xiyar

b) 1 smit

C) 1 ədəd şəkərsiz peçenye və 1 fincan az yağlı süd

Axşam

a) 6 yemək qaşığı az yağlı tərəvəz yeməyi, 1 kasa qatıq, yaşıl salat

b) 1 porsiya qızardılmış ət, toyuq, balıq, yaşıl salat və ya 4-5 yemək qaşığı zeytun yağlı tərəvəz

8-dən sonra

a) 1 stəkan az yağlı süd, 40 qr acı şokolad

b) Yarım ədəd banan

c) 15 ədəd meyvə qurusu və 10 ədəd fındıq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR