Ev dekorasiyasında yaşıl rəngdən necə istifadə etməli? - FOTOLAR
Bizi izləyin

Qadın

Ev dekorasiyasında yaşıl rəngdən necə istifadə etməli? - FOTOLAR

Açıq yaşıl ev dekorasiyasında üstünlük verilən rənglərdən biridir. Açıq yaşıl, xüsusən də nanə yaşılı divar kağızı kimi çox istifadə edilir. Çünki yaşıl insanda müsbət təsir yaradır və sakitlik bəxş edir. Yaşıl rəng boz və ağ rənglə sintez edilə bilər. Bu rənglərin tandemi sayəsində mükəmməl görüntü meydana gəlir. Bundan başqa açıq yaşıl hamam və mətbəx dekorasiyası üçün ideal rənglər sayılır.

Yaşıl mətbəx şkafının dolablarında da istifadə edilə bilər. Məişət əşyaları ağ rəngdə olduğu üçün bir-biri ilə gözəl görünür. Həmçinin mətbəx pərdələri və aksessuarlar da bu rəngdə ola bilər.

Qonaq otağında divan dəstlərini, xalça və yastıqları yaşıl seçmək olar. Dekorasiyada açıq yaşılla ağ rəngin kombinasiyası xüsusən bağ evləri üçün nəzərdə tutulub. Bağ evində yaşılla qırmızı və bənövşəyi rəngləri birləşdirərək enerji dolu abı-hava yarada bilərsiniz.

Publika.Az açıq yaşıl rənglərlə bəzədilən ən yaxşı dekorasiyaları toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm