2014-cü ilin aksessuar dəbi belə olacaq - FOTOLAR
Bizi izləyin

Qadın

2014-cü ilin aksessuar dəbi belə olacaq - FOTOLAR

2014-cü ilin aksessuar dəbinə nəzər salsaq, zəncirlərin daha çox aktual olduğu müşahidə edərik. Xüsusən də iri zəncir bilərziklər və boyunbağılar, hətta zəncir kəmərlər çox dəbdədir. 2014-cü ilin dəbdə olan digər trend aksessuarlarından biri də happy, love yazılı boyunbağılardır. Bu tərz boyunbağılar bir çox tanınmış markanın kolleksiyasında yer alıb.

Bunlardan əlavə iri daşlı sırğalar da dəbdədir. Həcmli və gözəgəlimli aksessuarlar 2014-cü ilin ən trend aksessuarları arasındadır. Muncuqlu və zəncirli bilərziklər bu mövsümün trendlərinə daxildir.

Sadəliyə üstünlük verən xanımlar isə minimalist aksessuarlara müraciət edə bilərlər. Klassika onları xilas etmək üçün ən yaxşı vasitədir.

Publika.Az-ın qadın bölməsi mövsümün dəbdə olan askessuarlarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm