Ayaq çatlarının yaranma səbəbləri və müalicə üsulu
Bizi izləyin

Qadın

Ayaq çatlarının yaranma səbəbləri və müalicə üsulu

Gözəl ayaqlar hamının qısqanclığına və heyranlığına səbəb olsa da, ayaqlarımıza laqeyd yanaşırıq. Bu ona gətirib çıxarır ki, ayağın altı codlaşır, qabığı soyulur, dabanda çatlar əmələ gəlir. Bədənin hava ilə təmas edən hissələrində, əsasən də ayaqlarda çatlaqlara daha çox rast gəlinir. Yaz və ay aylarında ətək geyinmək istəyən qadınlar bu problemlə qarşılaşır.

Səbəbləri

Ayaqlarada əmələ gələn çatlar kökəlib-arıqlayan zaman, yeniyetməlik çağında sürətli inkişaf kimi səbəblərdən dolayı meydana gəlir. Ayaqlarının çatlamasının əsas səbəbi dərinin quru olub anidən sallanmasıdır. Bu çatlar isə dəridə yırtılma olaraq dilə gətirilir.

İlk çatlar meydana gəldiyi zaman dəri çəhrayı rəng alır. Müalicə edilməzsə, çatlaqlar sürətlə yayılır, bənövşəyi rəng alır. Bu zaman isə onların müalicəsi getdikcə çətinləşir. Ayaqlardakı çatlar təkcə rənginə görə deyil, dərinliyinə görə də dəyişir.

Ayaq çatlarına ən çox hamiləlik dövründə təsadüf edilir. Artıq çəkilər, bəzi xəstəliklər dəriyə zərər verir.

Kimlərdə rast gəlinir?

Ayaqlardakı çatlaqlar çəkiyə və yaşa baxmır. Hər çəkidə və yaş qrupunda çatlaqlara rast gəlinə bilər. Ayaq çatlaqlarının ən önəmli səbəblərindən biri də dərinin aşırı dərəcədə quru olmasıdır. Adrenalin hormonunun ifraz olunması nəticəsində mənfi təsir göstərir və çatlar əmələ gəlir.

Ayaq çatlarına yarandığı anda müdaxilə daha az risklidir. Çünki çəhrayı rənglə başlayan çatların yayılmasının, hətta azalmsını təmin edə bilərsiniz. Ancaq tamamilə ağ rəng almış çatlaqları yox etmək zaman və səbir tələb edir. Nə qədər erkən müalicə edilərsə, bir o qədər effektli olar.

Müalicəsi

Çatlaqları aradan qaldırmağın ən təsirli yolu micro-peeling adlanan bir üsuldur. Bu üsulla dəri soyulur, çat olan hissə təmizlənir və dəri özü-özünü yeniləyir.

Çatlarla mübarizə aparmaq üçün nələr etməli?

Siqaretdən uzaq durmaqla başlaya bilərsiniz

Protein tərkibli qidalar istehsal etməyə başlayın

Çoxlu su için

Həftədə bir dəfə yosun maskası edin

Hamamda həftədə bir dəfə pilinq edin

Tez-tez arıqlayıb-kökəlmək dəri elastikliyinin itməsinə səbəb olur

Ayaqlarını günəşdən qoruyun

A, C və e vitaminləri qəbul edin

Mütəmadi olaraq ayaqlara təbii bitki yağlarla masaj edin

Hər gün ən az 30 dəqiqə idmanla məşğul olun

Buğda və ya küncüt yağı çəkin

Daban çatlarını aradan qaldırmağın yolları

a) Təmizliyi qorumaq üçün ayaqlan hər gün axşam isti su və sabunla yumaq lazımdır. Bu prosedurdan sonra ayaqlarımzı soyuq su ilə yaxalayın və dəsmalla barmaqlardan (xüsusilə barmaq aralarını) baldırlara doğru tam qurulayın, bu, qan dövranını yaxşılaşdırır. Su vannaları ayaqdakı yorğunluğu və ağırlıq hissini aradan qaldırır.

b) Bu, möhkəmləndirici və stimullaşdırıcı effekt verir, qan dövranını yaxşılaşdırır, əzələ tonusunu qaldırır və dabanlara qan axınını sürətləndirir. Proseduru həyata keçirmək üçün iki ləyən götürün, birini isti (45 dərəcə), digərini soyuq (20 dərəcə) su ilə doldurun. Stula oturaraq əvvəlcə ayaqlarınızı 1-2 dəqiqə isti suya, sonra 20-30 saniyə soyuq suya salın. Proseduru 8-10 dəfə təkrarlayın və soyuq vanna ilə tamamlayın. Təmiz ayaqlarınızı buz parçalan ilə silin.

c) Suya əlavə olunan sabun-köpüklü məhlul, duru sabunlu vannalar da çox faydalıdır. Belə vannanın hazırlanmasında bir prinsipə riayət etmək lazımdır – minimum su, maksimum köpük. Bundan ötrü ləyənə 5-10 sm hündürlüyündə isti su (45 dərəcəyə qədər), xırdalanmış sabun və ya xüsusi şampun əlavə edin. 10-15 dəqiqə ayaqlarınızı vannada saxlayın, ilıq su ilə yaxalayıb qurulayın.


d) Yod və ya mineral duzlar (dəniz və ya xörək duzu) əlavə olunmuş vannalar da yaxşı kömək edir. Qan dövranının yaxşılaşması üçün bitki yağı və dərman otlarından hazırlanmış cövhər əlavə olunan vannalar xeyirlidir. Ayaq vannaları üçün çobanyastığı, gicitkən, cökə çiçəyi – hər ləyənə yarım stəkan yaxşı təsir göstərir. Ayaqlar tərləyirsə, barmaqarası dərini də yumaq məsləhətdir.

e) Vannalardan sonra kobudlaşmış dərinin təmizlənməsi pemza və ya xüsusi pedikür firçası ilə həyata keçirilməlidir. Həftədə bir dəfə dabanları xüsusi skrabla təmizləmək olar. Onu pilkanın üstünə çəkərək 2-3 dəqiqə ərzində dabanlara sürtürlər, sonra ayaqlan yaxalayaraq proseduru yenidən təkrarlayırlar. Əgər dabanlarda qabarlar varsa, pemzadan istifadədən sonra qabarlara xüsusi dərman vasitəsi vurulmalıdır. Təzə qabarı aradan qaldırmaq üçün 8 gün dalbadal həmin nahiyəyə sirkə vurulmuş çörəkiçi, köhnə qabarlara isə aloye yarpağı və ya 3 gün ərzində limon dilimi qoyulur.

f) Dərinin təmizlənməsindən sonra ayaqlarınızı silin və barmaqlardan yuxarıya doğru başlayaraq yağlı krem çəkin. Su vannalarını masajla tamamlamaq lazımdır. Bundan ötrü iki fırça götürün və dairəvi hərəkətlə dəriniz qızaranadək masaj edin. Sonra ayaqlarınıza krem və ya bitki yağı sürtün.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm