Selülitləri aradan qaldırmağın ən asan üsulu tapıldı
Bizi izləyin

Qadın

Selülitləri aradan qaldırmağın ən asan üsulu tapıldı

Selülit dərinin altındakı yağ hüceyrələrinin böyüyərək, gözlə görünür hala gəlməsidir. Selülit həm də dərinin iltihabı deməkdir.

Selülit dərinin altındakı yağ hüceyrələrinin böyüyərək, gözlə görünür hala gəlməsidir. Selülit həm də dərinin iltihabı deməkdir. O bölgənin əzələlərinin pozulması, qəbul edilən qeyri sağlam qidalanma dərinin keyfiyyətinin pozulmasına gətirir. 2 yaşından sonra yağ hüceyrələri artmır, ancaq onlar 60 dəfəyə kimi böyüyə bilir. Selülit həm də gentik səbəblərdən dolayı da yarana bilər.

Bu hal adətən daha çox bud, qarın kimi nayihələrdə daha çox bəlli olur. Müasir dövrdə hərəkətsizlik və fast food qidalardan istifadə də dəri probleminin yaranmasına yol açır. Bundan başqa gənc yaşda tez-tez kökəlib arıqlayan insanlarda da bu hal görülə bilər. Amma hər səhər ayaqlarınıza 5 dəqiqə ayırmaqla selülitləri azalda bilərsiniz.

Selülit üçün ən yaxşı çarə üzməkdir. Qeyd etmək lazımdır ki, əgər qadın müalicə müddəti ərzində müəyyən pəhriz rejimini yerinə yetirməzsə, heç olmasa minimal bədən tərbiyəsi hərəkətləri etməzsə, sellülitin müalicəsi gözlənilən nəticəni verməz.

Selülitin yaranmaması üçün isə aşağıdakıları etmək olar:
Qidalanma rejimini dəyişmək və idmanla məşğul olmağa təəssüflər olsun ki, çoxları tənbəlik edir. Ancaq bu hallar selülitlərin qarşısını almağa mane ola bilməz. Bu günə qədər selülitlərin qarşısını almaq üçün bir çox məhsul istehsal edilib. Onlara pul xərcləmək istəmir, yaxud da heç bir faydasını görmürsünüzsə, Publika.Az-ın qadın bölməsinin məsləhətlərinə əməl edərək selülitlə mübarizədə qalib gələ bilərsiniz.

Sərt fırça alın: at tükü və ya kaktus fırçası kimi alternativlər ola bilər. Səhər yuxudan duran kimi ilk 10 dəqiqənizi selülitlər mübarizəyə həsr edin. Mütləq aşağıdan yuxarıya tərəf fırçalayın.

Əvvəlcə sağ alt, sonra sağ üst ayaqları fırçalayın.
Sonra sol alt və üst ayağınızı fırçalayın.
Sonra eyni üsulu əvvəlcə sağ, sonra sol qolunuza tətbiq edin.
Sonda göbəyinizi dairəvi hərəkətlərlə fırçalayın.

Fırça üsulu qan dövranını sürətləndirir. Qan dövranı ilə birlikdə hüceyrələr arasındakı təzyiq artır. Bu hal isə yağ toxumalarının dağılmasına kömək edir. Bir həftə ərzində hər səhər 5 dəqiqənizi bu üsula ayıraraq tətbiq etsəniz, selülitlərin nə qədər azaldığını müşahidə edərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm