İdmandan sonra nələri yemək olmaz?
Bizi izləyin

Qadın

İdmandan sonra nələri yemək olmaz?

İdmandan sonra istədiyimiz hər şeyi yesək də, kökəlməyəcəyimiz düşünürük. Ancaq belə deyil. İdmandan sonra bəzi qidalar var ki, onlardan maksimum dərəcədə uzaq durmalıyıq. Publika.Az-ın qadın bölməsinin hazırladığı siyahıya mütləq göz gəzdirin ki, artıq çəkilərin qarşısını ala biləsiniz.

peynir 450

Yağlı pednir:

Nə qədər ləzzətli olsa da, idmandan sonra yağlı pendir aclığı yatızdırmağın ən səhv üsludur. Əgər nəfsinizi saxlaya bilmirsinizsə, şor pendir kimi az kalorili pendir yeyin.

kola 450

Qazlı sular:

İdmandan sonra bədəndəki maye azalır. Susuzluğu yatırmaq üçün bir neçə üsula əl atırıq. Qazlı içkilər cazibəli gəlsə də, onlardan ümumiyyətlə imtina etmək lazımdır. Çünki şəkər ehtiyatıdır və idmandan sonra içmək olmaz. İdmandan sonra itirdiyiniz mayeni geri almaq üçün çoxlu su için.

enerjibar 450

Enerji barları:

Enerji verən qidaların tərkibində yüksək miqdarda şəkər var. İdmandan əvvəl yeyildiyində enerjinizi önəmli ölçüdə yüksəldir. Bu səbəblə enerji verən qidalar idmandan sonra yox, əvvəl qəbul edilməlidir. İdmandan sonra qəbul etsəniz, metabolizmanı zəiflədər və yuxunuzu qaçırar.

cikolata 450

Südlü şokolad:

İdmandan sonra çoxumuz şirniyyat tələb edir və südlü şokolad yeyirik. Amma südlü şokoladların tərkibində şəkər və zərərli yağlar var. Şirniyyat istəyini meyvələrlə ğldürə bilərsiniz. Yox, əgər şokolad istəyirsinisə, acı şokoladlara üstünlük verməlisiniz.

fastfood 450

Fast food:

Tərkibi yüksək miqdarda yağ, şəkər, duz olan fast foodlar sağlamlıq üçün təhlükə mənbəyidir. Xüsusən də idmandan sonra yemək olmaz. Onlar pəhrizi və idmanı heçə endirərək, kökəlməyə meylləndirir. İdmandan sonra aclığınızı öldürmək üçün banan və ya avakado kimi kaliumla zəngin meyvələrlə yeyə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm