Ən gözəl böyük çantalar – FOTOLAR
Bizi izləyin

Qadın

Ən gözəl böyük çantalar – FOTOLAR

Xüsusən də qışın yağışında, qarlı havada rahatlıqla istifadə edə biləcəyiniz böyük çantaları toplamışıq. Bir çox qadın gündəlik həyatda iri çantalara üstünlük verir. Biz də tanınmış brendlərin ən yaxşı çanta modellərini seçmişik.

3.1 PHILLIP LIM - Dəstə enerji qatmaq üçün mavi rəng seçə bilərsiniz. Bir çox rənglə rahatlıqla uyğunlaşan mavi, qara ilə daha eleqant görünür. Həm gündəlik, həm də iş görüşləri üçün mükəmməldir.

LOEWE – Qadınların çoxu çantada qara rənglərə üstünlük verirlər. Qara rəngi seçmələrinin əsas səbəbi isə onun hər şeylə uyğun olmasıdır. Ağzı büzülən çantalar bu mövsümün trendi olacaq.

STELLA MCCARTNEY – Mavinin hər tonu ayrı bir gözəllikdir. Xüsusən də üstündə zəncir detalları varsa, özəl günlər üçün ən ideal seçim ola bilər.

GIVENCHY – Həm çiyin, həm də çarpaz istifadə edilə bilən çanta, qarderobunuzda xüsusi yerə sahib olacaq. Həm böyük, həm rahat, həm də çox modern çantadır.

KARL LAGERFELD – Ağ və qara rənglər bir çox rənglə qarışdırılır. Içində sizə lazım olan qədər gözləri olan çantaya bütün əşyalarınızı daşıyan möhkəm saplara sahibdir.

NINA RICCI – Qış aylarında açıq rənglərdən uzaq düşürük. Bu modelə isə heyran olmamaq əldə deyil. Modern və zərif görüntüsü ilə sizi də yoldan çıxaracaq. Süd və sarı rəngin ən gözəl tonlarından iri modellər iş görüşlərində qeyd dəftərlərinizi rahatlıqla daşıyacaq.

CHRISTIAN LOUBOUTIN – Yumru və dəyişik çantaları sevirsinizsə, bilin ki, yumru modellər dəbdədir. Kənarlardan qotazlarla birləşən qara çantanın ağzı geniş aldığı üçün əşyalarınızı yerləşdirən çətinlik çəkməyəcəksiniz.

PROENZA SCHOULER – Məktəbli çantalarını sevirdiniz? Elə isə bu modeli də çox bəyənəcəksiniz. Qapağı və xüsusi kilidi sayəsində ən özəl əşyalarınızı hər zaman yanınızda gəzdirə bilərsiniz. Poçtalyon çanta bir çox stilə uyğun gəlir.

SAINT LAURENT – Modeli edibarı ilə iş çantasına bənzəyir. Notebook, dəftər və iş ləvazimatlarınızı rahatlıqla daşıya biləcəksiniz. Həmçinin parlaq rəngləri sizə enerji öterəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm