Sızanaqlar əleyhinə təravətləndirici maska
Bizi izləyin

Qadın

Sızanaqlar əleyhinə təravətləndirici maska

Sızanaqlar və qara nöqtələr bizi ən çox narahat edən dəri qüsurlarından biridir. Qüsursuz dəriyə sahib olmaq istəyirsinizsə, bu maskanı istifadə etməyi öyrənin.

Maska üçün 1 yemək qaşığı şəkər və yarım limon lazımdır.

Hazırlanma qaydası çox asdandır. Limonun suyunu bir qaba sıxın. Sonra içinə şəkəri əlavə edib yaxşıca qarışdırın. Təmiz dəriyə, göz ətrafına diqqət edərək çəkin. Maskanı 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

Maska infeksiyaların və mikrobların dəriyə daxil olmasının qarşısını alır. Həmçinin dəridəki artıq yağları təmizləyir və sızanaqları azaldır.

Maskanın içindəki şəkər isə təbii skrab vəzifəsini yerinə yetirir, məsamələri açıb dərini ölü hüceyrələrdən təmizləyir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm