"Belə daha cazibədar görünürəm" - FOTOLAR
Bizi izləyin

Qadın

"Belə daha cazibədar görünürəm" - FOTOLAR

Publika.Az-ın “Kokteyl” layihəsinin bu həftə qonağı “Özünə bax” verilişinin finalçılarından biri Ülkər Güldür. Ülkər Gül Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti fakültəsinin 4-cü kurs tələbəsidir. Səyahət etməyi, kitab oxumağı və avtomobil idarə etməyi sevir. Rejissor olmağı qarşısına məqsəd qoyub. Ən böyük arzusu isə ana olmaqdır. Hesab edir ki, zərif xanımlar ana olduqdan sonra daha da güclü olur.

- “Özünə bax” verilişinə qatılmaqda məqsəd nə idi: özünü sınamaq, dəbli və zövqlü xanım olduğunu sübut etmək, yoxsa, hədiyyəni əldə etmək?

- “Özünə bax” yarışmasına qatılmağım böyük bir təsadüf olub, tam olaraq öz istəyimlə qatılmamışam. Bu proqram mənim üçün bir sınaq idi.

- Səncə, qalib olan xanım birinciliyə layiq idi?

- Gözəl, səmimi və mehriban xanım idi. Onu bəyəndiyim üçün qalib olmağını istərdim. Amma təəssüflər olsun ki, final günü geyimi mənim kimi birinciliyə layiq deyildi.

- Münsiflər heyəti verilişdən kənar sizə məsləhətlər verirdilər?

- Münsiflərdən razı qaldım, onlar heç bir məsləhəti məndən əsirgəməmişdilər. Şəxsi problemlərim olduğu üçün final günü hazır deyildim.

- “Özünə bax” da geyimlərinin hamısını özün seçmişdin? Buraya saç və makiyaj da daxildir.

- Yaxınlarımın məsləhətini nəzərə alaraq geyimlərimi özüm seçmişdim. Finalda geyindiyim paltar isə zövqümcə deyildi, sadəcə məcbur qalıb geyinməli olmuşdum.

- Dəbli olmağa, yoxsa zövqə daha çox üstünlük verirsən?

- Dəb əsas deyil, hər kəs ona yaraşanı seçməyi bacarmalıdır.

- Ən çox hansı stil xətalarına yol verirsən?

- Geyimi tələsik seçəndə ona uyğun ayaqqabı seçə bilmirəm.

- Hansı geyimlərdə daha çox çəkici görünürsən?

- Klassik, qara, qısa paltarlarda daha çox çəkici və cazibədar görünürəm.

- Qızlar olan yerdə qeybət də var. Yarışmada bir-birinə paxıllıq edən qızlar var idi?

- Elə qızlar çox idi, hətta bəziləri mənə sifət edirdilər. Çünki sosial şəbəkələrdə məni dəstəkləyənlər çox olduğu üçün qaliblərdən biri olacağımı düşünürdülər.

- Stil ikonların kimlərdir?

- Jessika Parker, Carrie Bradshov və ya Jessika Albanın obrazlarını çox bəyənirəm. Bizim xanımlardan isə teleaparıcı Afaq Gəncəlinin stili xoşuma gəlir.

- Ruhi xanım iştirakçılara diqqət göstərsə də, çox soyuq görünür. Səncə, iştirakçılar arasında balansı qoruya bilirdi, həmişə ədalətli qərar verirdi?

- Ruhi xanım kənardan soyuq görünsə də, çox mehriban xanımdır. İştirakçıların hamısına isti münasibət göstərirdi, bacardığı qədər kömək etməyə çalışırdı.

- Bəyəndiyin kişinin diqqətini nə ilə cəlb edə bilərsən?

- Onu qeyd edim ki, çox vaxt kişilər tərəfindən diqqət mərkəzində oluram. Yəqin ki, xoş xasiyyətim və daxili aləmimlə...

- Sevgili olaraq necə bir qadınsan?

- Sadiq, vəfalı, qayğıkeş və qısqanc.

- Xarici vətəndaşlarla ailə quran qızlara münasibətin necədir?

- Normal baxıram. Əgər özünü xoşbəxt hiss edirsənsə və həqiqi sevgi varsa, niyə də olmasın?

- Sən xristian bir kişi ilə evlənərdin?

- Heç vaxt, çünki bizim dinimiz xristianla ailə qurmağı qadağan edir və günah sayılır.

- Zövqlü qadının çantasında həmişə nə olmalıdır?

- Ətir, güzgü, daraq və makiyaj çantası.

- Hansı geyim stilinə üstünlük verirsən?

- Hər yerin öz geyimi var. Çox vaxt klassik üsluba üstünlük verirəm.

- Başqa xanımlardan səni fərqləndirən cəhət nədir?

- Yəqin ki, xanımlığım, kübarlğım və dürüstlüyüm...

- Gələcək planların haqqında danışardın.

- Başqa ölkədə öz ixtisasım üzrə fəaliyyət göstərmək, peşəkar rejissor olmaq və təbii ki, ailə qurmaq.

- Namizəd bəy var?

- Namizədlər çoxdur, çətin insan olduğum üçün heç kimi bəyənmirəm.

- Səbir kasanı daşıran insanlardan necə qisas alırsan?

- Əslində, prinsipli insanam və hədəfimə çatmağı bacarıram. Belə insanlardan ümumiyyətlə uzaq durmağa çalışıram. İnsanlarla öz aramda sərhəd qoyuram.

- Gözəl qadınlar əlçatmaz olduğu üçün ətrafında xoşagəlməz şayələr çox dolaşır. Sənin gözəlliyinə ləkə salmaq istəyənlər olub? Necə münasibət göstərmisən?

- Belə insanlara necə münasibət göstərmək olar ki? Onları başa düşmürəm. Hər kəs özünü tanıyır və əslində kim olduğunu yaxşı bilir. Əsas odur ki, yaxınlarım və doğmalarım məni tanıyır. Bu cür insanların cəzasını isə Allah özü verəcək...

AYTƏN

FOTO:NURON

Oxumağa davam et
Reklam
Reklam

Gündəm