Qadın
120 gözəlin planı hazırdır - FOTO
Avqustun 27-i Baku Crystal Hall-da keçiriləcək 89-cu Miss Globe İnternational Gözəllik müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı “Z Company 2007” şirkətinin rəhbəri Zamiq Yunisov müsabiqənin müəyyən detalları haqda açıqlama verib.
Yunisov bildirib ki, müsabiqədə ölkələrin təmsil etmək üçün bu
ayın 13-dən Bakıya gələcək 120 ölkənin gözəllərinin gündəlik planı
artıq hazırdır. Bura Azərbaycanın tarixi yerlərini gəzmək, milli
mətbəxi ilə tanış olmaq, kimsəsiz qocalar və uşaq evlərini ziyarət
etmək, maraqlı partilər, mini-müsabiqələr və s. aiddir. Zamiq bəy
onu da bildirib ki, müsabiqədən əldə olunacaq maddi vəsaitlə
kimsəsiz qocalar və uşaqlara yardım ediləcəkdir.
Təşkilatçı müsabiqəni izləmək istəyən tamaşaçıların diqqətinə onu
da çatdırıb ki, artıq biletlər satışdadır. 15-150 AZN dəyərində
olan biletləri paytaxt Bakının bütün kassalarından əldə etmək
mümkündür.
Qeyd edək ki, ölkəmizi 89-cu Miss Globe İnternational gözəllik
yarışmasında 18 yaşlı Banu Sücai təmsil edəcək.
AzNews.az
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO