2014-cü ilin ən yaxşı palto modelləri - FOTOLAR
Bizi izləyin

Qadın

2014-cü ilin ən yaxşı palto modelləri - FOTOLAR

Artıq Bakıya qar da yağdı, deməli, qalın paltoları geyinməyin vaxtı çatıb... Amma siz hələ də özünüzə palto almamısıznızsa və bir də sizi qucaqlayan sevgiliniz yoxdursa, vəziyyət gərgindir. Qışı həm sevgilisiz, həm də paltosuz keçirməklə sağlamlığınızı təhlükə altına ata bilərsiniz. Elə indi sizin üçün seçdiyimiz palto modellərinə baxmağa başlayın.

Bol biçim palto modelləri ilin əsas trendidir, klassik biçimlər isə sizin xilaskarınız ola bilər.

Kaşmir paltolar soyuq havalarda ən yaxın dostumuz olsa da, bu il qızıl dövrünü yaşadığını qeyd etməliyəm. Təsvirli, yaxud tək rəng modellərinə Celine, Hermes, Acne, Stella McCartney, Burberry, əlbbət ki, Max Mara kimi böyük moda evlərinin kolleksiyasında rast gələ bilərik.

Öz stilinə sahib olan qadınların əynində leopard və qırmızı rəngli platolara da təsadüf edəcəyik. Həmçinin süd, çəhrayı, zeytun yaşılı, boz və xardal rəngləri də paltolarda öz əksini tapıb.

Mary-Kate Olsenın klassik stilindən ilham alıb paltonunuzu gecə ziyafətlərində də geyinə bilərsiniz. Publika.Az-ın qadın bölməsi ilin ən yaxşı modellərini seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm