Siqaret daha çox qız uşaqlarına təsir edir
Bizi izləyin

Qadın

Siqaret daha çox qız uşaqlarına təsir edir

ABŞ-da 0-2 yaş arası uşaqların siqaret tüstüsünə məruz qalması ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, 0-2 yaş dövründə siqaret tüstüsünə məruz qalan uşaqlarda ağciyər funksiyaları ciddi ölçüdə zərər görür.

"9 Eylül" Universitetinin Tibb Fakültəsində fəaliyyət göstərən professor Kılıncın sözlərindən aydın olur ki, həmin tədqiqatda siqaretdən istifadə edən mühitlərdə qız uşaqları digər uşaqlara nisbətən daha çox təsirlənir.

Onun sözlərinə görə ana bətnindən etibarən dumana məruz qalan uşaqlar həyatda daha passiv olurlar.
Ana da hamiləlik dövründə siqaret çəkərsə, körpə kifayət qədər qidalana bilmir və gözlənilən formada dünyaya gəlmir. İnkişafı tam olmayan uşaqlarda isə xəstəlik riski yüksəkdir. Bu baxımdan həyat tərzinə fikir vermək çox önəmlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm