Sevgililər günündə belə geyinin - FOTOLAR
Bizi izləyin

Qadın

Sevgililər günündə belə geyinin - FOTOLAR

Sevgilisi olmayanları bu gün xərcə düşmədiyi üçün bəlkə də şanslı adlandırmaq olar. Hansı gün?! Yəqin ki, başa düşdünüz, 14 fevral yaxınlaşır. Deməli, hazırlıqlara başlamağın vaxtıdır. Nə geyinəcəyinizə hələ də qərar verməmisinizsə, biz sizə kömək edərik.

İlk olaraq hara getdiyiniz vacibdir. Geyimi və makiyajı getdiyiniz yerə uyğun seçməlisiniz. Onu da qeyd edim ki, hansı rəngi seçərsiniz-seçin sevgililər gününün ənənəvi rəngi yenə qırmızı olacaq.

Sevgililər günündə klassik paltar geyinmək məcburiyyətində deyilsiniz. Görüşə idman üslubunda da gedə bilərsiniz. Amma bu üslubda da göz qamaşdırmalı və səliqəli görünməlisiniz.

Əgər segiliniz, ya da həyat yoldaşınız sizə sürpriz edəcəksə, hər yerə uyğun olan şalvar və bluz seçib, eleqantlığınızı aksessuarlarla tamamlamalısınız. Sevgililər gününün romantik abı-havasına təbii ki, zoğalı pencək yaraşar.

Romantik gecələrin əvəzedilməz çəhrayı və qara rənglərini birlikdə istifadə edərək sadə eleqantlıq yaxalaya bilərsiniz. Şitlikdən uzaq düz ayaqqabılar gözlənilməz günə rahatlıqla ayaq uydurmağa kömək edəcək.

Qara və krem rənglərinin uyğunluğuna söz ola bilməz. Gecənin ən gözəl qadını olmaq istəyirsinizsə, qara və ağ rənglərə müraciət etməlisiniz. Axşam yeməyi üçün qara skinny şalvar üzərinə açıq rəng bluzlar seçə bilərsiniz.

İşləyən qadınlar evə gedib uzun-uzadı hazırlıqlar görə bilmir. Gözəl makiyaj və həmcli aksessuarlarla gözəl gecəyə hazırsınız.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm