Yaşamasa da, kişilər bu qadının gözəlliyinə laqeyd ola bilmir - FOTOLAR
Bizi izləyin

Qadın

Yaşamasa da, kişilər bu qadının gözəlliyinə laqeyd ola bilmir - FOTOLAR

Qadın gözəllik simvoludur! Nahaq yerə qadın gözəlliyi ilahi gözəllik hesab edilmir və ən yaxşı gözəllik simvolu olan qadınlar heç də təsadüfən ilahə adlandırılmır. Kişiləri özünə heyran qoyaraq əsir edən ən böyük gözəllik də məhz qadın gözəlliyidir. Dünyanı fəth edən ən böyük sərkərdələr, ən qüdrətli kişilər də çox vaxt bir qadın qəlbini fəth etməkdə aciz qalır. Qadın özü çox qeyri-müəyyən xarakterə malik olduğunu və nə istədiyini bilmədiyi kimi, gözəlliyi çox qəliz və həssas məsələdir. Bunu zövq məsələsi də hesab etmək olar. Yəni, birinin bəyənmədiyi qadına digəri məftun ola bilər. Amma bu qadına illərdir ki, təkcə bütün kişilər yox, qadınlar da heyrandır. Beləliklə, "9 don" layihəsi çərçivəsində bu gün Odri Hepbrunun gözəllik rituallarından bəhs edəcəyəm. 4 may əfsanəvi aktrisanın doğum günü olması münasibəti ilə Odri Hepbrun haqqında olan yazını yenidən təqdim edirik.

Mərkəzi İngiltərədə olan "Tony and Guy" adlı gözəllik salonu 2 min qadın arasında anket keçirib. 1993-cü ildə dünyasını dəyişən Audrey Hepbrunun “Breakfast at Tiffany’s” (Tiffanidə səhər yeməyi) filmindəki saç düzümü ən çox bəyənilən saç modeli olub.

Odri Hepbrun o qədər cazibədar qadın olur ki, “Bir Jerry Maguire” filmində sevgilisinin üzərindəki qara və eleqant paltarı görən aktyorun reaksiyası belə olmuşdu: "Bu bir paltar deyil, bu Odri Hepbrun filmidir.

Ötən əsrin 60-cı illərindən bu günə kimi sevilən amerikalı kino ulduzu Odri Hepbern XX əsrdə dünyanın 10 ən gözəl aktrisasından biri hesab olunur. Təəccüblü görünsə də, sovet məkanının kinosevərləri onun yaradıcılığı ilə xronoloji baxımdan gec tanış olublar. Odri (əsl soyadı Hepbern Raston) 1929-cu il mayın 4-də Brüsseldə anadan olub. Sonra valideynləri ilə birlikdə Londona köçüb. Özünü teatra həsr etmək arzusu ilə yaşayan gənc Odri balet məktəbində təhsil alıb. Zərif bədən quruluşunu da bununla izah etmək olar. Hepbern ilk dəfə 1950-ci ildə "Cənnətdə gülüş" filmində çəkilib. Londonun teatr səhnəsində çıxış edən gənc balerinanı rejissor Mario Dzampo üçün kəşf edir və onu adıçəkilən filmdə epizodik rola çəkir. Bu filmdən sonra başqa filmlərə dəvət alır.

Məharətli ifası və aktrisalıq qabiliyyəti ilə milyonların məhəbbətini qazanan Odri Hepbern xeyirxah əməlləri də tanınır. Bu qadının xeyirxahlığını sözlə ifadə etmək çətindir. O, ağır xəstə ikən vəsiyyət etmişdi ki, ölümündən sonra bütün əmlakını və ona məxsus olan nə varsa, hamısını auksionda satıb, əldə olunan vəsaiti xərçəng xəstəliyindən əziyyət çəkənlərin müalicə fonduna keçirsinlər. Aktrisanın özü də 1993-cü ildə bağırsaq xərçəngindən vəfat edib.

Əminəm ki, Odri Hepbrunun illərdir ki, gözəllik etalonu olmasının sirri hamınıza maraqlıdır? Onun gözəllik ritualları olduqca bəsit və gözlənilməzdir. Qalın qaş formasının dəbə minməsi də onun adı ilə bağlıdır. Qadınların çoxu təkcə onun retro stilini deyil, qalın qaş modelini də bəyənərək təqlid edərdilər. Aktrisanın gözəlliklə bağlı suallara cavabları isə belə olub:

  • Gözəl və cazibədar dodaqlara sahib olmaq istəyirsinizsə, dilinizin altına qənd qoyun, şirin sözdən başqa heç nə tələffüz etməyin.
  • Gözlərinizin gözəl olmağını istəyirsinizsə, gözəl insanlarla ünsiyyətdə olun və yaxşı dostlar qazanın.
  • İdeal bədən ölçülərinə sahib olmaq və həmişə incə görünmək istəyirsinizsə, yeməyinizi kasıb və yoxsullarla paylaşın.
  • Saçlarınızın yumşaq və gözəl olmağını istəyirsinizsə, uşaqların gündə ən azı bir dəfə saçlarınızla oymağına icazə verin.
  • Hər zaman cazibədar və çəkici görünmək istəyirsinizsə, evdən çıxmazdan əvvəl təvazökarlığınızı da özünüzlə gəzdirin.
  • İnsanların da əlimizin altındakı əşyalar kimi, hətta onlardan çox, daha artıq yenilənməyə, diqqət görməyə ehtiyacları var. Heç bir insanı daha lazım olmadığına görə, rədd etməyə haqqımız yoxdur.
  • Dar gündə dosta ehtiyacınız olduğu zaman bu qaydanı xatırlayın: öz çiyninizdən qolunuza doğru göz gəzdirin, dirsəyinizə və biləyinizə çatdıqda orada bir yardım əli tapacaqsınız.
  • Bir qadının gözəlliyi bahalı geyim və bədən quruluşu ilə ölçülmür. Bir qadının gözəlliyi gözlərindən oxunmalıdır. Çünki gözlər qəlbə, yəni, eşqin yaşadığı ölkəyə gedən qapıdır.
  • Bir qadının gözəlliyi üzündəki xallardan deyil, daxilində bəslədiyi ruhundan qaynaqlanır.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm