Amaliya Pənahovaya qarşı təxribat
Bizi izləyin

Qadın

Amaliya Pənahovaya qarşı təxribat

Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahovanın “Facebook” profilini sındırıblar. Bu barədə Publika.az-a xanım sənətkarın özü məlumat verib.

Aktrisa deyib ki, bu işi görənlər onu istəməyənlərdir: “Hər halda, bunu edən mənim pərəstişkarım deyil, dostum da deyil. Yəqin ki, paxıl insanların işidir. Orada mənə xeyli sayda insandan xoş sözlər gəlmişdi, müəyyən sənədlər vardi. Heyif ki, hamısı silindi getdi. İndi mütəxəssislər profilimin bərpası üçün çalışırlar. Əgər mümkün olmasa, yenisini açacağam”.

Aktrisa bu təxribatın ona pis təsir etdiyini söyləyib: “Heç bir sosial şəbəkədə yox idim. Xariclə əlaqələr, film çəkilişləriylə bağlı müəyyən söhbətlərin aparılması üçün həmin profili açmışdım. Doğrusu, mənə çox pis təsir etdi”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm