İngiltərə kraliçasından gəlininə: “Donunun ətəyini uzat”
Bizi izləyin

Qadın

İngiltərə kraliçasından gəlininə: “Donunun ətəyini uzat”

Görünür, Böyük Britaniya vəliəhdinin yoldaşı Keyt Midltonun geyimi kraliça II Yelizavetanın qaynanalıq damarına toxunub. Publika.az Krallığın müxbiri Keti Nikola istinadən xəbər verir ki, kraliça ailənin apreldə Avstraliyaya baş tutacaq səfərində Keyt Midltona donunun ətəyini uzatmaq istədiyini dolayısıyla bildirib.

Kraliça şahzadənin Avstraliya səfərində necə geyinməli olması barədə fikirlərini səsləndirib. Əsas diqqət Keytin paltarlarının qısa olmamasına yönəldilib.

Şahzadənin şahanə, zərif makiyajnı tamamlamaq və səfər zamanı ona kömək etmək üçün kraliça öz stilisti Ancella Kellini Keyt Midltona kömək üçün təklif edir. Keyt qaynanasının təkidi ilə tac taxmalı, həmçinin də krallığın şəxsi zinət əşyaları kolleksiyasından bəzi nümunələri daşımalı olacaq.

Amma Keytə müəyyən müdaxilələrə icazə verilib. Deyilənlərə görə, Keyt artıq səfərdə geyinəcəyi paltarlar üçün Alexander McQueen və Alice Termperly kimi modelyerlərə müraciət edib. Bundan əlavə, onun şəxsi saç ustası Amanda Cook Tucker də 3 həftədən artıq davam edəcək səfər boyu şahzadəni müşayiət edəcək. Tuckerə saça tac taxma üzrə kurslar da keçilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm