Dodaqları daha çəkici göstərən gözəllik hiylələri
Bizi izləyin

Qadın

Dodaqları daha çəkici göstərən gözəllik hiylələri

Daha cazibəli bir dodaq quruluşu xəyal edirsinizsə, Publika.Az-ın qadın bölməsinin hazırladığı tövsiyələrə göz gəzdirməlisiniz.


Ağzınız böyükdürsə..

Böyük ağızları daha kiçik göstərmək üçün dodaə içindən haşiyəyə almaq lazımdır. Dodaqların içini açıq rngli qələmlə, kənarlarını isə daha tünd dodaq qələmi ilə çərçivəyə almaq lazımdır.

Dodaqlarınız qalındırsa...

Qalın dodaqları olan xanımlar parlaq və sərt rənglərdən qaçmalıdır. Dodaq qələmi, dodaq boyası ilə az qala eyni rəngdə olmalıdır.

Dodaqlarınız nazikdirsə

İncə dodaqların daha dhəcmli görünməsi üçün dodaq çərçivəsinin dodaq xəttinin xaricindən çəkilməsi lazımdır. Dodağın kənarları açıq tonlarda qələmlə, içi isə tünd tonlarda dodaq boyası ilə vurğulanmalıdır.

Dodaqlarınız düz deyilsə...

Alt və üst dodaqların qalınlıqları bir-birinə uyğun gəlmirsə, iki fərqli ton istifadə edin. Qalın dodaq üçün tünd, inazik dodaq üçün açıq rəngli pomada çəkilməlidir. Bu hiylə dodağın əyriliyini gizlədir..

Dodaq uclarınız aşağı doğru gedirsə...

Dodaqların sallanan görünüşünü gizlətməyin ən yaxşı variantı qələmlə qüsursuz gözəl dodaq çəkməkdir. Xaricini isə dəri rənginə uyğun tonal kremlə korrektə edə bilərsiniz.

Alt dodağınız çölə tərəfdirsə

Alt dodağınız çölə tərəf çıxıqdırsa, alt dodağınızı rəngləyərkən bir az kiçiltmək lazım olacaq. Bunun üçün ortasından başlayaraq dodaq xəttinin içindən dodaqların birləşdiyi yerə qədər boyanın. Normal olaraq boyadığınızı üst dodağın daha diqqət çəkici olmasını təmin edin.

Üst dodağınız xaricə tərəf çıxıqdırsa

Üst dodağın ortasını ifadə edən V şəklini, dodaq xəttinin içindən çəkərək təbii qıvrım verərək dodaqların birləşdiyi yerə qədər boyanın. Alt dodağı isə daha çox boyayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm