Adriana Lima, Ancelina Coli... necə arıq qala bilir?
Bizi izləyin

Qadın

Adriana Lima, Ancelina Coli... necə arıq qala bilir?

Qadınların çoxu məşhurlar kimi mükəmməl bədən quruluşuna sahib olmaq istəyir. Lakin bilməlidirlər, bu bədən quruluşu təbiətin göydəndüşmə hədiyyəsi deyil. Onlar da arıq qalmaq üçün əllərindən gələnir edir, mütəmadi olaraq idman məşğul olurlar. Publika.Az-ın qadın bölməsi hamiləlikdən sonra tez bir zamanda əvvəlki formasına qayıdan qadınların reseptlərini təqdim edir:

BEYONCE

Tanınmış müğənni “Dreamgirls” filmi üçün 1 ayda 9 kq vermişdi. Sirri isə limonlu sudur. 1 ay ərzində limonlu su, doşab və istiotlu içkidən 6 və 12 stəkan içib.

ANNE HATHAWAY

Gözəl aktrisa normal şərtlərdə pəhriz saxlmadığını söyləyir. Ancaq qala gecəsindən, ya da çəkilişdən 2 gün əvvəl maye qəbul edir.

ADRIANA LIMA

“Victorias Secret”-in sevilən mələklərindən olan topmodel dəfilələrdən 9 gün əvvəl sadəcə protein tərkibli içkilər içərək sürətlə arıqladığını bildirir.

VICTORIA BECKHAM

4 uşaqdan sonra hətta modelləri qısqandıran bədən quruluşuna sahib olan Beckham “5 ovuc” pəhrizini saxladığını söyləyir. Belə ki, gün ərzində 5 dəfə bir ovuc dolu protein tərkibli qidalar yeyir. Sonuncu övladı Harper Seveni dünyaya gətirdikdən sonra bu sayadə 10 kq arıqlamışdı.

PENELOPE CRUZ

İspaniyalı ulduz yeməkləri çoxlu çeynədiyini söyləyir. Yataqdan qalxan kimi ağzına çərəz atır və çeynəyir. Beləcə metabolizmasını hərəkətə gətirir. Bu üsul yağları əritməyə kömək edir.

MIRANDA KERR

Ərindən ayrıldıqdan sonra gündəmdən düşməyən model yoqa ilə məşğul olur. Bundan əlavə kakos südü içir. Bu süd isə yağları əritməyi asanlaşdırır.

SARAH MICHELLE GELLAR

Sevilən aktrisa kökəldiyini hiss edən kimi bir həftə kələm supu ilə qidalanır. Kələm supu toxluq hissi verdiyi üçün kökəlməyə qoymur.

ANGELINA JOLIE

Ancelina Coli doğuşdan sonra 3 həftə ərzində 11 kq arıqlayıb. Sirri isə əzilmiş sarımsaqla, sürtgəcdən keçirilmiş zəncəfildir. Onları qarışdıraraq ac qarına yeyib. Zavallı Bred...

MEGAN FOX

Gözəl aktrisa səhərlər bir stəkan suya balla alma sirkəsi əlavə edir və içir. Bu içki təkcə arıqlamağa kömək etmir, həm də dərini gəncləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm