Saçı tökülməyə qoymayan və uzadan qidalar
Bizi izləyin

Qadın

Saçı tökülməyə qoymayan və uzadan qidalar

Sağlam saçların sirri sağlam qidalanmaqdan keçir. Xüsusən də K və C vitaminləri protein ilə kalsium baxımından zəngin olan qidalara üstünlük verilərsə, saçlar da sağlam və parlaq olar. Qidalanma və pəhriz proqramınıza bu meyvə və tərəvəzləri də əlavə edin.

Kahı və ispanaq

Kahı və ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər K və C vitaminləri və kalsiumla boldur. Bu da saçların sağlam və güclü olmasına kömək edir. Həmçinin tərkibində su çox olduğu üçün saça nəm qazandıraraq daha yumşaq olmasını təmin edir.

Şirin kartof

Şirin kartof çox da yayılmayıb, təzə-təzə yetişdirilməyə başlayıb. A vitamini və beta karoten qaynağıdır. A vitamini və beta karoten hüceyrələrin inkişafına kömək edir. Həmçinin antioksidant ehtiyatı olan bu tərəvəz, dərinin qocalmasını gecikdirir.

Yaşıl mərcimək

Yaşıl mərcimək və paxla saç sağlamlığının qeydinə qalan əsas tərəvəzlərdəndir. Çünki tərkibindəki yüksək protein saçların uzanması, qırılmaması üçün qalxan vəzifəsini yerinə yetirir.

Avokado

Avakadonun tərkibində E,C və B6 vitaminləri var. Güclü antioksidant olduğu üçün hüceyrələrin zərər görməsinin qarşısını alır və dərinin təravətli olmasına səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm