Beyonsun sərvət dəyərində olan üzükləri - FOTOLAR
Bizi izləyin

Qadın

Beyonsun sərvət dəyərində olan üzükləri - FOTOLAR

Keçən həftə keçirilən “Qrammy” mükafatlandırma mərasiminə Michael Costellonun imzasını daşıyan seksual geyimlərdə qatılan ABŞ-lı müğənni Beyons həmin axşam barmağında sərvət daşıyıb.

Barmağının bir-ikisini çıxmaq şərti ilə hər barmağında "Lorraine Schwartz" markasının zinət əşyalarını gəzdirib. Üzüklərin hamısının birlikdə dəyəri isə 10 milyon dollar olduğu açıqlanıb.

Təkcə nişan üzüyü 18 karatdır. Barmağındakı digər 7 üzüklə birlikdə əməlli-başlı sərvət daşıyıb. Üzüklərinin şəkilini İstagramda paylaşıb.

Beyonsun gözü təkcə barmağındakı sərvətlə doymayıb. Belə ki, geyimini eyni markanın sırğaları ilə tamamlayıb. Publika.Az Beyonsun sərvət dəyərindəki üzüklərinin fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm