Oskar mükafatlı aktrisa yeni filmdə həqiqətən sevişdi - FOTO, VİDEO
Bizi izləyin

Qadın

Oskar mükafatlı aktrisa yeni filmdə həqiqətən sevişdi - FOTO, VİDEO

"Vogue" jurnalına müsahibə verən 38 yaşındakı Oscar mükafatlı Reese Witherspoon, çəkildiyi "Wild" (Vəhşi) adlı yeni filmdəki rolundan danışıb.

Publika.az xəbər verir ki, filmdəki seks səhnələrin tamamilə gerçək olduğunu ifadə edən aktrisa, bunu öz istəyi ilə etdiyini söyləyib.

Rejissor Jean-Marc Valleenin yeni filmi, Cheryl Stayed adında bir qadının gerçək hekayəsini izah edir. Stayed, anasının ölümünün ardından özünü üç ay boyunca yollara vurar.

Macərasına bir gecəlik eşq və narkotiklə rəng qatan Stayedi canlandıran Witherspoon, narkotik istifadə etmədiyini, ancaq seks səhnələrin tamamilə gerçək olduğunu söyləyib.

Əvvəlki əri Ryan Filippendən iki, indiki həyat yoldaşı Jim Tosdan isə bir uşaq sahibi olan aktrisa bu səhnələr mövzusunda Tosdan anlayış və dəstək gördüyünü də vurğulayıb.

Witherspoonun müvəffəqiyyətin zirvəsində olduğunu ifadə edən rejissor Jean-Marc Vallee, aktrisanın buna məcbur edilmədiyini açıqlayıb.

"Bunu etmək məcburiyyətində deyildi. əri, villası uşaqları, pulu ... hər şeyi var. Amma içindən gələn hiss onu yeniliklərə cəlb edir. O, rahatlığa alışmaq deyil, əksinə, yeni təcrübələr əldə etmək istəyir", - deyə rejissor əlavə edib.

"Vəhşi" filmi 5 fevral 2015-ci il tarixində Almaniyada kinotetrlarda nümayiş olunacaq.

İntiqam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm