Məşhur aktrisa küçədə dondurma satır - FOTO
Bizi izləyin

Qadın

Məşhur aktrisa küçədə dondurma satır - FOTO

Bir vaxtlar məşhur TV ulduzu olan aktrisa Nikol Egget özünə yeni sənət tapıb.

Publika.az xəbər verir ki, 1991-2001-ci illərdə "Sahil Təhlükəsizliyi" adlı serialla ulduzu parlayan, ancaq karyerasını heç cür istədiyi kimi davam etdirə bilməyən Nikol Eggert indi yük maşınıyla küçədə dondurma satır.

Bu günə qədər üç dəfə müflis olan və maddi baxımdan sıxıntı çəkən 42 yaşlı aktrisa öz tvitter səhifəsində i Kaliforniyadakı Studio Citydə yük maşınıyla dondurma satışına başladığını yazıb.

"Təkərli dondurma dükanını" ilə sentyabrın 21-də işə başlayan iki uşaq anası Egget müştərilərinə də özü xidmət edir.

Qeyd edək ki, 1972 doğulan Nikol Eggert, "Çarlz iş başında", "Zəngin və Məşhur" kimi TV seriallara çəkilib. Amma ona şöhrət gətirən "Sahil Təhlükəsizliyi" serialında canlandırdığı Summer Quinn obrazı oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm