• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Top cəngavərləri, yaxud dünyanın ən yaraşıqlı futbolçuları – FOTOLAR

  • Qadın
  • 26 Mart 2014 16:00
  • 3 047 Baxış
Top cəngavərləri, yaxud dünyanın ən yaraşıqlı futbolçuları – FOTOLAR

Keçən ilin ən yaxşı futbolçusu seçilən Kristiano Ronaldonun ad günü reytinqlərə əsasən ən populyar həmkarlarını xatırlamaq üçün yaxşı bəhanədir. Son illərin ən uğurlu və cəlbedici futbolçularını təqdim edirik.

Kristiano Ronaldo – Kristian Ronaldanon yaraşıqlı futbolçu olduğu heç kimə sirri deyil. Amma o çoxdan subaylıq statusu ilə vidalaşıb. Belə ki, 2010-cu ildən rusiyalı modeli İrina Şayk ilə görüşür.

Jerard Pike – Hə, burda deyərlər ki, “Şakira ol, bəxtin olsun”. Özündən 10 yaş böyük olan Şakira ilə sevgilidir və bu yaxınlarda 1 yaşı tamam olan Milan adlı oğlu var.

Buffon – Çexiyalı model Alyona Seredova italiyalı futbolçuya ancaq bir şərtlə ərə getməyə razı olur. Belə ki, futbolçu dünya çempionu olmağa söz verir. 2011-ci ildə axır ki, öz sözünü tutur və dünya çempionluğunu qazanır. Cütlüyün 2 övladı var.

Aleksandr Kerjakov – Futbolçuların çoxu ya model, ya da aktrisalarla evlənirlər. Aleksandr isə özünə ixtisasca marketoloq olan həyat yoldaşı seçir. Marii Qolovoy ilə olan nikahından bir qızı var. Qız fanatalarına şad xəbərim var, belə ki, yaraşıqlı futbolçu həyat yoldaşından boşanıb, subay bəydir...

Yaqub Blaşikovski – İnanmaq çətindir ki, yaraşıqlı, sürətli və inadkar futbolçusu boş vaxtlarında sevimli həyat yoldaşı Aqata Olivii və qızları ilə pazlı yığır.

İker Kasilyas – 2008-ci ildən İspaniyanın məşhur tele aparıcısı Sara Karbonero ilə görüşür. Futbol pərəstişkarları bu cütlüyü 2010-ci ilin dünya Çempionatında canlı yayımda ehtiraslı öpüşü ilə xatırlaya bilər. 2014-cü ildə isə valideyn olublar.

Valon Behrami – İtaliyalı model Sara Tommazi ilə görüşür.

Qreqori Van Der Vil – Futbolçu şəxsi həyatını mümkün qədər gizli saxlayır.

Xummels – Artıq 4 ildir ki, Keti Fişerlə görüşür. Qız öz sevgilisini 2012-ci ildə Avropa çempionatına yola salır. Ulduz cütlük “GQ” jurnalına da poza verib.

İqor Akinfeyev – Futbolçu Valeriya Yakunçikovla görüşür.

Devid Bekhem – 1999-cu ildən “Spires Girls” qurupunun solisti Viktoriya Bekxamla evlidir. 4 uşaq tərbiyə edirlər. Bu cütülüyün necə nümunəvi ailə olduğu haqqında artıq şərhə ehtiyac yoxdur.

Zinəddin Zidan – 1993-cü ildən ispan rəqqasəsi Verokika ilə evlidir. 4 uşaq atasıdır.

Maykl Ouen – Yaşı ötsə də, hər zaman mükəmməl görünür. Hətta futbolçuya “əbədi gənc” ləqəbini də veriblər. Həyat yoldaşı ilə uşaqlıq illərindən tanışdır. Belə ki, Luiza Bonsoll məktəb yoldaşı olub. Çox xoçbəxtdilər və 3 uşaq tərbiyə edirlər.

Yevqeni Levçenko – Bu gün ən dəbdə olan yarımmüdafiəçidir, evli deyil.

Roman Şirokov – Evlidir və bir oğlu var. Yəni, qızlar ondan gözünüzü çəkin!

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR