2014-cü ilin qısa gəlinlik dəbi - FOTOLAR
Bizi izləyin

Qadın

2014-cü ilin qısa gəlinlik dəbi - FOTOLAR

2014-cü ilin gəlinlik dəbi bütün qadınların zövqünü nəzərə alıb. Belə ki, uzun geyinməyə xoşlamayanlar üçün qısa gəlinliklər hazırlanıb. Lakin gəlinlik almağa qərar verməzdən əvvəl bəzi məsələlər diqqət etmək lazımdır:

  • Gəlinlik seçərkən bədən quruluşunuz, xarakteriniz, toyun keçirildiyi məkanı diqqətə alaraq uyğun tərz təyin etməlisiniz.
  • Gəlinlik seçimində bəylə yan-yana dayandığınız zaman boy fərqini və xarici görünüşünüzün uyğunlaşmasını da nəzərə almalısınız.
  • Gəlinlik seçimində mövsüm də nəzərə alınmalıdır. Yaz fəslinin gəlinlik paltarları nazik materialdan tikilir. Yay mövsümünün gəlinlik libasları isə nazik və yüngül parçalardan tikilir. Payız mövsümünün gəlinlik paltarları daha romantik effekt bağışlanmaldır. Qış mövsümün gəlinlik libaslarında isə qalın materiallara üstünlük verilir.
  • Gəlinliyi kataloqdan seçmək ağıllı fikir deyil, mütləq əyninizdə də sınamalısınız.
  • Zərif və uzun boylu gəlinlər qat-qat volanlı ətəklər və iki parçalı gəlinliklər seçə bilərlər.
  • Orta və qısa boylu gəlinlər qabarıq olmayan, yüngül quyruqlu ətək modellərini seçə bilər.
  • Kök gəlin namizədləri qətiyyən beldən qabarıq gəlin paltarı modelləri seçməməlidir. Ətəyin modeli A formasında olmalıdır.
  • Həcmli və böyük sinəli olan gəlinlər açıq, sinə dekoltəli üçün gəlinliklərdən uzaq dursalar, yaxşıdır. Aksessuarlar minimum olmalıdır. Gəlinliyi yığıcı busqalterlə geyinmək lazımdır.
  • Kiçik sinəli gəlinlər sinədə yüngül qabarıq aksessuarlar olan gəlinlik modellərinə müraciət edə bilər. Sinə hissəsini kiçik göstərən gəlinliklərdən və sinənin kiçik olduğunu vurğulayan dərin dekoltelərdən uzaq durmaq lazımdır.
  • Aksessuar seçimində bədən quruluşu nəzərə alınmalıdır. Kök gəlinlər də çiçək seçə bilər, arıq gəlinlər də. Sadəcə gəlinin xarakteri ilə aksessuarların harmoniyasına fikir vermək lazımdır.
  • Son trend gəlinlik seçən gəlin namizədləri aksessuar kimi gəlin paltarlarında tük, kəpənək, dəyişik dizaynda olan broşlardan və öz tərzlərinə uyğun nə isə seçə bilərlər.
  • Gəlin namizədləri seçdiyi gəlinliyə seçdiyi kişiyə vurulduqları kimi aşiq olmalıdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm