Avropa Kosmos Agentliyi bu gün “inqilab” edəcək
Bizi izləyin

Qadın

Avropa Kosmos Agentliyi bu gün “inqilab” edəcək

Sabah insanlık tarixi baxımından kosmosda önəmli bir addım atılacaq.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Rossetta” kosmik uçuş aparatı “PHİLA” adlı vasitənin köməyi ilə quyruqlu ulduzun üzərinə enəcək.

“Rossetta”nın dünyadan yüz milyonlarla kilometr uzaqlıqdakı bu cismə çatması üçün 10 ildən çox bir müddət lazım olub. Avropa Kosmos Agentliyi (ESA) quyruqlu ulduza edilməsi nəzərdə tutulan tarixi eniş üçün hər şeyin plan üzrə getdiyini açıqlayıb. ESA “Rosetta”nı sabah “67P” adlandırılan "buz dağı"nın səthinə endirəcək.

Quyruqlu ulduzun üzərinə ediləcək eniş son dərəcə çətin bir imtahan olacaq. Eniş sahəsinin düzgün olmadığı, uçurumlar, qayalar və bəzi sıldırım nöqtələrin olduğu deyilir. Eniş “Twitter”, bir çox telekanallar, o cümlədən ESA TV, www.esa.int/rosetta və www.dlr.de internet saytlarından canlı yayımlanacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm