Qəhvəyi paltarlarda gizlənən sadə eleqantlıq – FOTOLAR
Bizi izləyin

Qadın

Qəhvəyi paltarlarda gizlənən sadə eleqantlıq – FOTOLAR

Qara rəng bütün qadınların qarderobunun şah rəngidir. Çünki tələsəndə və nə geyinəcəyimizi bilməyəndə məhz qara rəngli paltarlara əl atırıq. Qəhvəyi qaranın bir növ qardaşı və bir-birinə yaxın tonlar olduğu üçün onu da xilaskar rənglər sırasına əlavə edə bilərik.

Qəhvəyi rəngi paltar seçəndə bir neçə nüansa fikir vermək lazımdır.

  • Elə bir qəhvəyi ton seçməlisiniz ki, dəri rənginizə də uyun olmalıdır. Sarışınlar sərt qəhvəyi tonlara müraciət etməli olduğu halda, əsmər xanımlar qəhvəyinin daha yumşaq və açıq tonlarına üstünlük verməlidir.
  • Qəhvəyi rəngli paltarı tamamlamaq və sadə eleqantlığı əldə etmək üçün həcmli və zövqli aksesssuar seçmək lazımdır.
  • Paltar seçəndə biçiminə də fikri verməlisiniz. Uzun qəhvəyi rəngli paltar özəl bir gecədə bütün diqqətləri üzərinizə toplamağa kömək edəcək. Təbii ki, diqqət mərkəzində olmaqdan çəkinmirsinizsə...
  • Düzünə qalsa, qəhvəyi o qədər də könül açan, əyləncəli rəng deyil. Buna baxmayaraq, tutqun rəng də adlandırmaq olmaz. Modanın iki əsas rənglərindən biri olduğunu unutmayın. Digərinin qara olduğunu deməyə ehtiyac yoxdur, məncə.
  • Publika.Az-ın qadın bölməsinin seçdiyi qəhvəyi rəngli paltar modellərinə baxmağı unutmayın.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm