Soyuq, işgüzar, eyni zamanda füsunkar qadınlar - FOTOLAR
Bizi izləyin

Qadın

Soyuq, işgüzar, eyni zamanda füsunkar qadınlar - FOTOLAR

Viktoriya Bekhem əvvəllər ifaçı olmasına baxmayaraq, hazırda ciddi və işgüzar biznes-ledidir. Onun kolleksiyası da soyuq xarakterini əks etdirir.

Viktoria Bekhem karyerasına hər bir qızın bədənini heykəl kimi düz və qamətli göstərən ideal paltar hazırlayaraq başlamışdı. İşlədiyi 5 il ərzində qadın fiqurasını gözəl göstərən geyimlər üzərində işləyib. Dar qələm ətəklərin dəbə gəlişi də məhz onun adı ilə bağlıdır. O, təkcə dar geyimlər hazırlamırdı, onları həm də öz üzərində nümayiş etdirirdi. İndi bu maneəni dəf edib. Axı paltarlar təkcə qadınların bədən quruluşunu ideal göstərməyə xidmət etmir, həm də onlara özünü azad və sərbəst hiss etməyə imkan verməlidir. Bu kolleksiyada xanım Bekhem əyinə kip oturan ciddi və işgüzar geyimləri çıxarıb.

Viktoria Bekhem dar geyimləri çıxarsa da, ənənəvi hündür, nazik daban, üzü günəşdən qoruyucu eynək və ciddi biznes-ledi statusunu qoruyub saxlayıb. Baxmayaraq ki, Viktoriya ilə ünsiyyətdə olan hər kəs onun çox peşəkar və işinə ciddi yanaşdığını söyləyir, insan qəlbinin mərhəmətli, emosiyalardan məhrum sərt siması həmişə şahidlərin danışdıqlarına qalib gəlir. Lakin soyuq və buz kimi sima ən azı podiumda əriyib. Kolleksiyanın nümayişində həyat yoldaşı və qızı da iştirak edib.

Publika.Az-ın qadın bölməsi Viktoriya Bekhemin yeni kolleksiyasını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm